"Toka verib" sənədə qol çəkdirmək istədi - Bakıda qəribə hadisə
Bakıda tanışını elektrik cərəyanı ilə qorxudaraq ondan sənədlərə imza atmasını tələb edən şəxsə ağır cəza verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə bu il aprelin 16-da Nərimanov rayonu, Məmməd Araz küçəsindəki evdə baş verib. Belə ki, Novxanı bağlar massivində yaşayan Zəngilan rayon sakini, 1961-ci il təvəllüdlü Ağa Ağayev qonşuluqda yerləşən ünvandakı 10 sot torpaq sahəsinin içindəki ikimərtəbəli evlə birgə satıldığı haqda elanı görüb. O, həmin həyəti ələ keçirmək üçün plan qurub və hasarın üzərində yazılmış elandakı nömrəyə zəng edib. Torpaq və evin sahibi olan Babək adlı şəxs həmin mülkü 143 min manata sata biləcəyini deyib. Ağa ev sahibi ilə razı olduğunu deyərək onunla görüşüb pulu vermək istədiyini və alqı-satqı müqaviləsinə qol çəkməsini istəyib. Babək adlı şəxs müştəri ilə razılaşıb və onu Nərimanov rayonu Məmməd Araz küçəsindəki evinə dəvət edib.
Ağa Ağayev isə çantada pul olmasını görüntüsü yaratmaq üçün oraya 2 daş qoyub, həmçinin ev sahibini qorxudaraq sənədlərə qol çəkdirməsi üçün kustar üsulla hazırlanmış elektrik cihazını özü ilə götürüb.
Onlar qeyd edilən ünvanda görüşüblər və Babək bağ evini almaq istədiyini bildirən şəxsi mənzilinə dəvət edib. Evdə olarkən Ağa torpaq sahəsini və yaşayış evinin 143 000 manata ona satılması ilə bağlı 2021-ci il tarixli qəbzi yazdırdıqdan sonra həmin qəbzi və əmlaka dair hüququ təsdiq edən sənədlərini əldə etmək üçün özü ilə gətirdiyi kustar üsulla hazırlanmış elektrik naqilindən istifadə edərək Babəki elektrikə verməklə hədələyib. Bu zaman elektrik naqilinin başlığı elektrik yuvasından çıxıb və ev sahibi aktiv müqavimət göstərməyə başlayıb. Babəki yumruqla vurub yerə yıxan şəxs ondan sənədləri tələb etməkdə davam edib. Lakin ev sahibinin həyat yoldaşının səs-küyə gəlməsindən sonra Ağa Ağayev niyyətini həyata keçirə bilməyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar zamanı məlum olub ki, Ağa Ağayev sənədləri əldə etdikdən sonra məhkəməyə müraciət edərək mülklə bağlı mübahisəli vəziyyət yaratmaq və onu ələ keçirmək fikrində olub.
O, ifadəsində bildirib ki, mülk sahibi ilə arasındakı dava-dalaş razılaşdıqları 143 min manat pulun 20 min manatının dollarla verilməsinin tələb edilməsinə görə olub. O, həmçinin elektrik naqilini özü ilə gətirmədiyini, Babəkin evindən götürdüyünü deyib.
Qeyd edək ki, hadisəni törədən Ağa Ağayev əvvəllər də dələduzluq əməlinə görə məhkum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə ona 11 il 6 ay müddətinə həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1401 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 184 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 300 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 200 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 164 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 63 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 284 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
08.11.2026 269 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 275 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 253