Prezidentdən məmurlara xəbərdarlıq

Prezidentdən məmurlara xəbərdarlıqİyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş İcra Hakimiyyəti başçısılarını təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir sıra vacıb məsələrələ toxunub. Ölkə başçısı çıxışında torpaqların qanusuz zəbt olunması, kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni tikinti işlərinin aparılması və müxtəlif şəxslərin mülkiyyətinə çevrilməsini xüsusi olaraq vurğulayıb. Cənab Prezident qeyd edib ki, "Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var". Bildirilib ki, bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar vardır.
Ölkə başçısı Bakının Buzovna qəsəbəsində yol verilən qanunsuzluqları xüsusi qeyd edib. Qeyd edilib ki, Buzovna ictimaiyyətinin bir qrup nümayəndəsi böyük tarixə malik olan Buzovna qayalarının bəzi insanlar tərəfindən zəbt edildiyi ilə bağlı cənab Prezidentə müraciət etmişdir. Cənab Prezidentin Bakı Şəhər İcra Hakimiyyətinin başçısına verdiyi göstərişə əsasən dərhal məsələ araşdırıb, yol verilən qanunsuzluqlar və dənizkənarı ərazilərdə qanunsuz tikinti işləri aparanlar müəyyənləşdirilib. Ərazinin mövcud xəritəsi və qanunsuz tikinti aparanların siyahıları ölkə başçısına təqdim edilib. Müəyyən edilib ki, Buzovna qəsəbəsində qanunsuz əməllərə yol verənlər bir sıra dövlət məmurları və bəzi dırnaqarası sahibkarlardır. Onların bu hərəkəti tariximizə, təbiətimizə qarşı cinayətdir. Buzovnadakı qayalıqlar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Lakin buna baxmayaraq kimsə buraları zəbt edib, özləri üçün villa tikdirib, vətəndaşların dənizə yolunu məhdudlaşdırıblar. Bu yolverilməz bir haldır.
Ölkə başçısının müdaxiləsindən sonra yol verilən qanunsuzluqların aradan qaldırılması məqsədi ilə dövlət qurumları tərəfindən Buzovna qəsəbəsinin sahilyanı ərazısındə müvafiq işlərə başlanılıb. Dəniz sahilində hektarlarla zəbt edilən ərazilərin hasar və tikililəri sökülərək bu torpaqlar əhalinin istifadə etdiyi çimərlik ərasinə birləşdirilib. Burada fərdi yaşayış evlərindən dəniz sahilinə kimi uzanan və vətəndaşların sərbəst hərəkətinə mane olan estakada-körpülər sökülüb. Eyni zamanda qədim qayalıq ərazilərin hasarlardan azad edilərək buraya yığılan müxtəlif tullantılardan təmizlənməsi işləri aparılır. Bu gün bu işlər davam etdirilir.
Cənab Prezident görüşdə həm də bildirdi ki, ölkədə idarəetmədə çox ciddi islahatlar həyata keçirilir, böyük təmizləmə işləri aparılır. Qanunsuz işlərə rəvac verən bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Vurğulandı ki, qanunsuz işlərlə məşğul olmaq istəyənlər ciddi cəzalandırılacaqlar. Hər bir yerdə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.
Həmçinin bildirilib ki, qörülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər bir qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Bütün görülən tədbirlər ölkəmizin ekoloji sistemini qorumasına yönəldilməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 27 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 303
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 343
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 274
.

Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

14:00 107
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 471
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 188
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 252
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

12:40 176
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

15:00 81
.