Uşaqları zəhərləyən bitki Bakı küçələrində - FOTO

Uşaqları zəhərləyən bitki Bakı küçələrində - FOTOÖlkəmizdə "söyüd gülü" kimi daha çox tanınan "oleandr" və ya "zəqqum kolu" adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində sıx-sıx rast gəlinir.

Baku.ws yazır ki, yarpaqları söyüd ağacına bənzədiyinə görə Azərbaycanda bu bitkiyə daha çox "söyüd gülü" deyirlər. Bu bitki yaşıllaşdırmada daha geniş istifadə olunur.

Gözəlliyi ilə valeh edən bu bitkinin görünüşünə çox da aldanmamaq lazımdır. Onun çiçəklərinə və budaqlarına əl vurmaq çox təhlükəlidir. Xüsusən uşaqları bu güllər olan ərazidən uzaq tutmaq lazımdır. Çünki oleandrın çiçəkləri və budaqları zəhərlidir.

Bəs təhlükəli hesab olunan bitkidən Azərbaycanda niyə bu qədər geniş istifadə olunur?

Məsələ ilə bağlı ekspert İlkin Şəfiyev bildirdi ki, bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadəsinin səbəbi küləyə və istiyə davamlı olmasıdır.

"Abşeron yarımadasının iqliminə tam uyğunlaşmış bitkidir. Bundan başqa, uzun müddət çiçəkləməsi onun bəzək bağçılığında istifadəsini önə çəkir. Lakin bitkinin yarpaqlarının şirəsi zəhərlidir. Əgər insan şirəni daxilə qəbul edərsə, zəhərlənmə baş verə bilər. Həmçinin çiçəklərinin ətri xəstə insanlara pis təsir edə, başağrısı verə bilər. Bitki zəhərli hesab olunur. Çünki tərkibində neriolin və kornelin adında alkaloidlər var ki, bunlar da zəhərlidir", - deyə o bildirib.

Bəs Bakıda insanların sıx yaşadığı ərazilərdə zəhərli oleandrların çıxarılaraq yerinə təhlükəsiz gül kolları əkilməsi məsələsi gündəmə gələ bilərmi?

Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu suala aydınlıq gətirib. Qurumdan bildirilib ki, "zəqqum gülü" paytaxtın park və digər istirahət guşələrində əkilməyib.

"Bu bitkilər əsasən yol kənarlarında insanlarımızın az olduğu məkanlarda əkilib. O ki qaldı oleandrların zəhərli olmasına, biz bu barədə fikir bildirə bilmərik. Bu, Botanika İnstitutunun səlahiyyəti çərçivəsində olan bir məsələdir. Bizim qurum oleandrın əkilməsi və onların suvarılması işini həyata keçirir", - deyə qurumdan bildirilib.

AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva isə açıqlamasında bildirdi ki, oleandrın xüsusilə insanların sıx yaşadığı ərazilərdə əkilməsi təhlükəlidir.

"Bu bitkiləri geniş şəkildə gözəl görünüşünə görə əkirlər. Onu şəhərdən kənar yerlərdə, insanların az hərəkət etdiyi yollarda istifadə etmək olar. Hətta mən bu yaxınlarda Mərkəzi Nəbatat Bağının girəcəyində bu gülün əkildiyinin şahidi olmuşam. Mən oranın işçilərinə dərhal iradımı bildirdim", - deyə AMEA rəsmisi əlavə edib.

Uşaqları zəhərləyən bitki Bakı küçələrində - FOTOHəmçinin direktor qeyd etdi ki, oleandrı Azərbaycana xas və zəhərsiz bitkilərlə əvəzləmək mümkündür:

"Ətrafı gözəlləşdirmək üçün qızılgül kollarından, onların sarmaşan növlərindən istifadə etmək olar. Böyük bitkilərdən isə həmişəyaşıl ağaclar çoxdur, onlardan istifadə etmək olar. Oleandrın parklarda, bağlarda və xüsusilə körpə uşaqların oynadığı yerlərdə əkilməsi qəti qadağan olunmalıdır".

Uşaqları zəhərləyən bitki Bakı küçələrində - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3606   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 303
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 343
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 274
.

Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

14:00 107
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 471
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 188
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 252
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

12:40 176
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

15:00 81
.