"Onun ölümündən sonra stres yaşadım və xərçəng oldum"
"Hər 3 və ya 4 aydanbir Türkiyəyə gedirəm, müayinələrdən keçirəm. Yenə getmişdim, hər şey təmiz çıxdı. Qurban bayramında bizim ailəmiz üçün ikiqat bayram oldu".
Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Ağadadaş Ağayev deyib. Xərçəngdən əziyyət çəkən müğənni yaşadığı çətin günlərdən danışıb:
"Dövlət başçısı və ailəsinə ömür borcum var. Mənə diqqət göstərdilər. Bu diqqət həqiqətən də sağalmağımda kömək oldu. Mədəniyyət adamlarıyırq, diqqəti sevirik. Heç bir nigarançılığım, naşükürlüyüm, etirazım olmadı. Allah bizə şan-şöhrət, pul verib. Bu da bir imtahan idi".
Ağayev bildirib ki, xəstəliyinə səbəb yaşadığı stresli günlər olub:
"Pandemiya ərəfəsində əmim oğlunu itirdim. Koronavirusa yoluxmuşdu, xəstəxanada dünyasını dəyişdi. Stres keçirdim, ən çox sevdiyim əmim oğlu idi. Gördüm ki, özümü narahat hiss edirəm, həkimə yollandım. Birinci dedilər ki, daşdır, əməliyyat olundu və əkməyə göndərildi. Diaqnoz qoyuldu, istədilər məndən gizlətsinlər. Dedim, yox, bilməliyəm xəstəliyim nədir. Bu xəstəliyin adı ağırdır, buna baxmayaraq depressiyaya düşmədim. Dəfələrlə əməliyyata düşdüm, necə gəlmişdi, elə də təmizləndi".
Müğənni ilk dəfə şişin hansı orqanında aşkarlanmasını açıqlayıb:
"Məsanədə oldu şiş. Birinci mərhələ idi, vaxtında müdaxilə olundu, problem yaranmadı. Gecikdirsək, yaxşı olmazdı.
Bundan sonra xəstəliyimdən danışmaq, insanları üzmək istəmirəm. Bizim missiyamızda o yoxdur. Allah bizə bu səsi xalqa xidmət üçün verib. Neqativləri insanlara ötürməməliyik. İnsanları daha fərqli sevməyə başladım. Hər şeyə fərqli yanaşıram. Xidmətimi artıracam, etibarsız dünyadır. Xəstəlik əvvəl adama dərd kimi gəlir. Sonra görürsən ki, Allah sənə yaşamaq üçün böyük mükafatlar verdi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3533 Tarix: 26 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSEPAH: "Hörmüz boğazının açılması ABŞ-dən asılıdır"
İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər. xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibini
09.08.2026 170 Kobaxidze: Haaqa və Strasburq məhkəmələrində müharibə cinayətləri törətmədiyimizi sübut etdik
Gürcüstan Haaqa və Strasburq məhkəmələrində ordusunun müharibə cinayətləri törətmədiyini sübut etdi. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze ölkəsinin 2008-ci il müharibəsi ilə bağlı beynəlxalq məhkəmələrdə əldə etdiyi nəticələrdən danışarkən bəhs edib
09.08.2026 153 Kredit kartı şifrəsində "0" rəqəmi olanlara XƏBƏRDARLIQ EDİLDİ
Mütəxəssislər kart şifrələrində "0" rəqəminin istifadə edilməməli olduğunu vurğulayırlar. Təxmin edilməsi asan ardıcıllıqlarda və doğum tarixlərində tez-tez istifadə edilən bu rəqəm kiber dələduzların ilk hədəfi olur. xəbər verir ki, kiber təhlükəsizlik və bankçılıq mütəxəssisləri kredit v
09.08.2026 299 Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib
Böyük Britaniyanın baş naziri Endi Börnhəmin dəftərxanası Londonun bələdiyyə orqanlarının pablarda və onların yaxınlığındakı küçələrdə ayaqüstə pivə içmək praktikasını məhdudlaşdırmaq tövsiyəsini tənqid edib. "Report" xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb
09.08.2026 156 İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: Səbəb Rusiya ilə bağlıdır
Amerikalı milyarder İlon Mask "SpaceX" şirkətinin təmin etdiyi "Starlink" peyk rabitəsi sistemindən Rusiyanın dərinliklərinə zərbələr endirmək məqsədilə istifadə olunmasına icazə verilməsi ilə bağlı Ukraynanın xahişini qəbul etmir. xəbər verir ki, bu barədə "The Atlantic"
09.08.2026 170 İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb
İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada general
09.08.2026 115 Arvadını öldürmək üçün kobra aldı - Ömürlük CƏZA
Hindistanda bank əməkdaşı Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə öldürüb. xarici KİV-ə istinadla bildirir ki, əlilliyi olan Utra daha əvvəl də zəhərli ilan sancmasından sağ çıxıb. 2020-ci ilin martında onu gürzə sancıb. Bundan sonra qadın uzun müddət müalicə alıb və valideynlərini
09.08.2026 224 Hindistanda eyni bölgədə pələng hücumunun 28-ci qurbanı: Fermeri öldürdü
Hindistanın Çandrapur şəhərində 55 yaşlı Rameş Kaşivara pələngin qurbanı olub. bildirir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb. Məlumata görə, fermer əkin sahəsini suvarmaq üçün tarlasına gedib. Lakin həmin axşam evə qayıtmayıb və bundan narahat olan ailə üzvləri onu axtarmağa başlayıblar
09.08.2026 201 Ukrayna bir həftə ərzində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub
Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib. Məlumata əsasən, gəmilər avqustun 1-8-
09.08.2026 177