Qatarın altına düşdü, sol tərəfini itirdi, sevdiyi insan onu tərk etdi – Şəfəq Paveyin inanılmaz həyatı

Qatarın altına düşdü, sol tərəfini itirdi, sevdiyi insan onu tərk etdi – Şəfəq Paveyin inanılmaz həyatıKulis.az türkiyəli diplomat, siyasətçi və köşə yazarı Şəfəq Pavey haqqında maraqlı məlumatlar əldə edib.

Həmin məlumatları təqdim edirik:

On yeddi yaşlı qız, ilk məhəbbət və on üç nömrəli qatar...

Şəfəq Pavey 10 iyul 1976-cı ildə Ankarada anadan olub. Onun atası haqqında təkcə adının Şahin olduğu bilinir. Anası isə Türkiyə mətbuatının ən tanınmış imzalarından biri 1972-ci ildə edam edilən Deniz Gezmişlə yaxından qohumluğu olan Ayşə Önaldır.

Şəfəq orta məktəbi bitirən kimi kino və televiziya sahəsi üzrə təhsil almağa başlayır. Anası Ayşə Önal isə yaşca balaca olan oğlu ilə birlikdə təhsilini davam etdirmək üçün İngiltərəyə köçüb orda yaşamaq məcburiyyətində qalır. Şəfəq Pavey həmin ərəfədə anasının onu əmanət etdiyi televiziya aparıcısı Reha Muxtarla TRT kanalında "Atəş xətti" proqramında işləməyə başlayır. Daha sonra isə Şəfəq İsveçrə vətəndaşı olan Paul Paveylə tanış olur. Həmin dövrdə Paul Ankara Dövlət Opera və Balet teatrında qonaq sənətçi kimi fəaliyyət göstərirdi. Tanışlıqlarından bir müddət sonra onlar ailə qururlar. Lakin, iş elə gətirir ki, Paul yeni iş təklifi üçün İsveçrənin Sürix şəhərinə getməli olur.

O, getdikdən sonra özünü doğma vətənində yalnız və kimsəsiz hesab edən Şəfəq sevgilisinin ardınca İsveçrəyə getməyi qərara alır.

Günlərin birində Reha Muxtara işdən ayrılacağı xəbərini verən Pavey İsveçrəyə yola saldığı, dəlilər kimi aşiq olduğu Paulun ardınca gedəcəyini bəyan edir. Şəfəq Pavey Reha Muxtarın bütün etirazlarına rəğmən onu dinləməyib işdən ayrılır və İsveçrəyə gedir. Sonralar o, Reha Muxtara "kaş ki, o vaxt sizin sözünüzə qulaq asardım. Əgər elə etsəydim, bütün bu hadisələr başıma gəlməzdi" sözlərini deyib, peşmançılığını dilə gətirir.

İsveçrədə ilk vaxtlar hər şey qaydasında gedir. Şəfəq burda həm təhsilini davam etdirir, həm də Sürix çağdaş teatr və rəqs qrupunda rəqs məşqlərinə qatılır.

1996-cı ilin may ayının 24-də ərinin dostu Çex vətəndaşı Miroslav Hess onlara qonaq gəlir. Beyin xərçəngi diaqnozu qoyulan Miroslav bir gecə Pavey ailəsinin qonağı olur. Ertəsi gün o, qatarla Cenevrəyə getmək qərarına gəlir. Lakin, çox xəstə olduğundan Şəfəq və Paul özləri onu stansiyaya aparmaq qərarına gəlirlər. Miroslav çox çətinliklə yeridiyindən onlar qatara gecikirlər. Şəfəq xəstəni Paula həvalə edib, özü isə bilet almaq üçün kassaya gedir. On üç nömrəli qatarın tərpənməyinə saniyələr qalmış o, əlindəki bileti ərinin dostuna çatdırmaq istəyərkən ayağı sürüşüb qatarın altına düşür. Digər versiyalara görə isə o, on yeddi yaşlı gənci qatarın altına düşməkdən xilas edərkən özünü təhlükəyə atır.

Qatarın altından şüuru açıq olaraq çıxarılan Şəfəq ilk olaraq həkimlərdən "sol tərəfimi xilas edə biləcəksinizmi?" sualını verir. Həkimlərdən yox cavabı alan Pavey "O zaman bədənimin qalan hissəsini qurtarın, yoxsa anam çox üzüləcək" deyir.

Erdoğanın ziyarəti, Paulun etibarsızlığı...

Qəzadan sonra Şəfəqi ilk ziyarət edən isimlərdən biri onun anası Ayşə Önalla dost münasibətləri olan o zaman İstanbul Böyükşəhər Bələdiyyə başçısı olan Rəcəb Tayyib Erdoğan və xanımı olur. İyirmi nəfərlik bir qrupla Şəfəqi ziyarət edən Erdoğan onun palatasında on dəqiqə oturur, Şəfəqlə şəkillər çəkdirir.

Xəstəxanada olduğu müddətdə ərinin tezliklə ona sahib çıxacağını gözləyən Şəfəq böyük bir üzüntü yaşayır. Çünki Paul onu cəmi bircə dəfə ziyarət edir. Həmin ziyarətdən sonra Paul heç vaxt Şəfəqin yanına qayıtmır. Sonralar ərinin etibarsızlığı haqqında Şəfəq üzüntüylə belə deyir:

"Bütün yaşadıqlarıma baxmayaraq, məni ən çox üzən onun etibarsızlığı oldu. O, mənim ilk məhəbbətim idi. Onun ardınca hər yerə getdim. Amma təəssüf ki, o, mənim qədər güclü deyilmiş. Buna görə çox üzüldüm. Bütün bu olanlara baxmayaraq ona heç bir zaman nifrət etmədim".

O, həmçinin Paul haqqında bu sözləri deməyi unutmamışdı:

"Keçmiş həyat yoldaşım mənə pislik edən insan olmayıb. Sadəcə olaraq o, hər gün yazığı gələrək mənə baxmaqdansa, tərk etməyin lazım olduğunu fikirləşib".

Bu sözləri dedikdən bir müddət sonra 1997-ci ildə Şəfək Pauldan boşansa da ərinin soyadından qurtula bilmir. Bunu isə təhsil sənədlərinin, diplomlarının yenidən dəyişdirilməsi çətinliklərinin yaranacağına görə etmədiyini açıqlayıb. Şəfəq Paveyin anası Ayşə Önal hadisədən sonra qızının başına gələn faciə ilə bağlı yaşadıqları çətin günlərin acısını "On üç nömrəli qatar" adlı kitabının səhifələrinə yazır.

Uzun sürən xəstəlikən sonra inanılmaz həyat mübarizəsi...

Bir il yarım müddətdə Almaniya xəstəxanalarının birində yatan Şəfəq sağaldıqdan sonra Türkiyəyə geri dönür.

Nə keçirtdiyi faciəvi qəza, nə sevdiyi kişinin etibarsızlığı onu yıxmır. O, inam və cəsarətlə yoluna davam etməyə başlayır. Sol ayağı və sol qolu protez olan bu iyirmi yaşlı gənc, gözəl qadın İngiltərədəki Vestminster Universitetinin "Millətlərarası və Avropa siyasəti" fakültəsinə daxil olur. Həmin universiteti fərqlənmə diplomu ilə bitirən Şəfəq daha sonra London Maliyə məktəbində çalışır. Sonralar Şəfəq Pavey Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları yüksək təmsilçisi oldu. İngilis parlamentində zənci və digər azlıqların haqlarını qoruyan kampaniyada fəaliyyət göstərir. Eləcə də "Birləşmiş Millətlər təşkilatının" Əlcəzairdə, Misirdə, İranda, Suriyada insani yardım xidməti üzrə çalışır. Əfqanıstan və digər müharibə bölgələrində həlledici fəal olaraq fəaliyyət göstərir.

O, dörd kitab və çoxsaylı məqalələrlə yanaşı bir çox sənədli filmlərə də imzasını atır.

Uzun müddət İstanbulda yayımlanan "Agos" qəzetində yazılar yazdı. 12 İyun 2011-ci ildə Cümhuriyyət Xalq Partiyasından İstanbul millət vəkili seçildi.

2012-ci ildə artıq İngilis, Fransız və italyanca mükəmməl danışmağı bacaran Şəfəq Paveyə Amerikada "Millətlərarası cəsur qadınlar 2012" mükafatı verildi. Mükafat Paveyə Mişel Obama və Hillari Klinton tərəfindən təqdim olundu. Mişel Obama öz çıxışında Şəfəq Paveyin yaşadığı acılara baxmayaraq həyatını qazanmasını, millət vəkili seçilməsini onun mənəvi cəhətdən güclü və zəngin xarakterə malik olmasını ilə gətirdi. O, mükafatı Paveyə təqdim edərkən "Yaşadıqlarınız digərlərinə nümunə olacaq" sözlərini də demişdir.

2011-ci ildə Şəfəq Pavey növbəti kitabını yazıb ərsəyə gətirir. İran səfərindən, oradakı hadisələrdən, yaşantılardan bəhs edən kitabın adı "Hara getsəm, səma mənimdir" adını daşıyır.

2017-ci ildə Pavey sağlamlığı ilə bağlı problemlər səbəbindən millət vəkilliyindən istefa verib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1202   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.