Azərbaycanın dinamik inkişafı uğurla davam edir

Azərbaycanın dinamik inkişafı uğurla davam edirÖlkəmiz 2022-ci ilin birinci yarısını uğurla başa vurdu. Bu dövr ərzində hər bir sahə üzrə nailiyyətlər qazanılıb. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiqləyir ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu ilin birinci yarısında da uğurla davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft-qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə böyük nailiyyətlər əldə olunub, sənaye məhsullarının ixracı potensialı artıb, həmçinin yeni müəssisələr yaradılıb, daimi iş yerləri açılıb. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir.
Dünya iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit infrastrukturunun mövcudluğu, dövlət müəssisələrinin idarə edilməsində effektivliyin artırılmasının təsiri və kölgə iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin nəticələrini qeyd edə bilərik. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Müşavirədə qeyd olunduğu kimi, ötən dövr ərzində əməkhaqlarında baş verən 14 faiz artım, həmçinin pensiyaların 10 faizdən çox artırılması bunu deməyə əsas verir. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir.
İqtisadi uğurlar imkan verir ki, sosial sahəyə diqqət yetirilsin. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. Bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
Müharibədə sağlamlığına zərər gəymiş vəyəndaşlarımız üçün Reabilitasiya mərkəzləri yaradılıb və bu mərkəzlər ən müasir texnologiyalarla təchiz edilib. Müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.
Eyni zamanda, Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını dövlət büdcəsi hesabına edilir. İşğaldan azad edilən ərazılərdəki dağıdılmış şəhərləri qururuq, kəndləri qururuq, binalar tikilir. Artıq bu günlərdə məcburu köçkünlərin birinci qrupunun yeni qurulan Zəngilanın Ağalı kəndinə köçürülməyə başlanılıb.
Bu ilin altı ayında Azərbaycan həm də beynəlxalq müstəvidə də fəal siyasət həyata keçirib və bir çox uğurlara nail olub. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir.

Tufan Məmmədov – iqtisadçı-ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 19 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 192
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 125
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 348
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 193
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

11:13 206
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 151
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 187
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 177
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 238
.