Azərbaycanın beynəlxalq aləmdə rolu daha da güclənir

Azərbaycanın beynəlxalq aləmdə rolu daha da güclənirBu il iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd olunduğu kimi, Azərbaycanda həyata keçirilən müdrik və uzaqgörən xarici siyasət nəticəsində bu gün ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş ölkə kimi tanınır. Dünyada hökm sürən qeyri-sabit proseslər, müharibələr fonunda Azərbaycan dünya miqyaslı tədbirlərə ev sahibliyi edir, böyük enerji layihələri həyata keçirir, dünya ölkələri ilə əməkdaşlığını daha da genişləndirir, inkşafa, sülhə və tərəqqiyə hesablanmış böyük təşəbbüslər irəli sürür. Eyni zamanda bu gün dünyanın tanınmış ölkələri Azərbaycanla əlaqələr qurmağa, mövcud əlaqələri daha dərinləşdirməyə və ölkəmizin həyata keçirdiyi layihələrdən bəhrələnməyə çalışır. Qeyd olunan bütün amillər ölkəmizin dünya miqyasındakı gücünün və etibarının göstəricisidir.
Müşavirədə qeyd edildiyi kimi, Azərbaycan tanınmış dünya miqyaslı təşkilarla da yaxından əməkdaşlıq edir. Ölkəmiz üzv olduğu bütün təşkilatlarda fəal iştirak edir, böyük təşəbbüslər irəli sürür. Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər dünya ölkələri tərəfindən təqdir edilir və dəstəklənir.
Həmçinin hazırda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.
Azərbaycanın qonşu ölkələrlə əlaqələrinin inkişafı ölkəmiz üçün hər zaman əsas prioritetlərdən biri olub. Bu istiqamətdə Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır.
Xüsusi olaraq qeyd edilməlidir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, həm ikitərəfli, həm çox tərəfli formatda önəmli layihələr üzərində müzakirələr aparılır Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.
Hal-hazırda Azərbaycan dünya üzrə ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin sədrlik etdiyi müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Eyni zamanda təşkilata üzv olan 120 ölkənin yekdilliklə səsverməsi nəticəsində Azərbaycanın sədrlik müddəti 2023-cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycanın pandemiya dövründə həyata keçirdiyi insanyönümlü siyasət, digər ölkələrə yardımlar etməsi, Azərbaycan prezidentinin peyvəndlərin ədalətli bölgüsü ilə bağlı irəli sürdüyü təşəbbüslər dünya ölkələrinə böyük fayda gətirdi. Dəfələrlə dünya miqyaslı təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olmasını xüsusi qeyd etmiş və səmərəli fəaliyyətinə görə ölkəmizə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmişlər. Əlbətdə bu gün Azərbaycanın dünya miqyasındakı yüksək mövqeyi, gücü və etibarı ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş xarici siyasətin nəticəsidir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 748   Tarix: 19 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 192
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 125
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 348
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

10:00 193
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

11:13 206
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 151
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 187
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 177
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 238
.