Arvadını Afrikaya aparıb 5 milyon dollar almaq üçün öldürdü - FOTO
ABŞ-ın Pensilvaniya ştatında varlı diş həkimi Lourens Rudolf həyat yoldaşı Byanka Rudolfu Afrikaya gəzintiyə aparıb və 5 milyon dollarlıq sığortaya xatir orada qətlə yetirib.
BiG.AZ xəbər verir ki, bu barədə "CBS News" yazır.
Hadisə 2016-cı ilin oktyabrında Zambiyayanın "Kafue" Milli Parkında baş verib. İkisi də ov həvəskarı olduqları və bəbir ovlamağı düşündükləri üçün Lourens xanımını Afrikaya aparıb.
Onun sözlərinə görə, qadın safarinin son günündə silahı yığarkən ehtiyatsızlıqdan özünü güllələyib. Həmin an kişi tutduqları evin hamam otağında olduğunu iddia edir.
İki günlük araşdırmadan sonra Zambiya hökuməti Byankanın ölümünün qəza olduğunu təsdiqləyib. ABŞ-a qayıtdıqdan sonra isə Rudolf beş milyon dollar miqdarında sığorta ödənişi alıb.
Lakin ABŞ hüquq-mühafizə orqanları bir məsələdən şübhələniblər: Lourens məhkəmə ekspertizasını gözləmədən, cəsədinin təcili kremasiyasını tələb edib. Bu səbəbdən dövlət hadisənin təfərrüatlarını yenidən araşdırmağa başlayıb. Hazırda məhkəmə prosesi davam edir.
Şahidlərin sözlərinə görə, 2020-ci ildə Lourens məşuqəsi Lori Milliron ilə restoranda şam yeməyi yeyərkən "Mən lənətə gəlmiş arvadımı sənə görə öldürmüşəm!" deyə qışqırıb.
Qeyd edək ki, Byanka və Lourens Pittsburq Universitetində tanış olub və 1982-ci ildə ailə qurublar. Onların 2 övladı dünyaya gəlib.
Qızı Anna ilə:
Lourens təcrübəçi stomatoloq kimi işə başlasa da, sonradan stomatoloji klinikalar üçün sakitləşdirici preparatlar satışıyla məşğul olan şirkət açıb. O, şəhərdə kifayət qədər tanınmış fiqurdur və əvvəllər tez-tez televiziyada şirkətini reklam edib. Cinayət baş verən dövrdə onun 15 milyon dollar sərvəti olub.



Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1572 Tarix: 18 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
01.11.2026 591 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 625 Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
08.11.2026 209 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 286 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 695 Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
08.11.2026 387 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1615 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 572 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 746