İstidən çıxıb xəstəliyə düşmək: Temperatur 44 DƏRƏCƏYƏ qalxanda nə edək? - ARAŞDIRMA

İstidən çıxıb xəstəliyə düşmək: Temperatur 44 DƏRƏCƏYƏ qalxanda nə edək? - ARAŞDIRMAMilli Hidrometeorologiya Xidməti iyulun 20-dək ölkə ərazisində havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyi barədə xəbərdarlıq edib.

Havanın temperaturunun kəskin şəkildə artması ilə "necə sərinlənəcəyik?" sualı hər kəsi narahat edir. Əlbəttə ki, ilk ağla gələn kondisioner olur. Amma qəbul etməliyik ki, kondisionerlər insanların sağlamlığında fəsadlar yarada bilir. Çünki havanın temperaturu qalxdıqca, kondisionerin dərəcəsini aşağı salırıq. Nəticədə orqanizm zəifləyir, yayın günü soyuqdəymə əlamətləri olanların sayı artır.

Bəs görəsən, belə fəsadlarla qarşılaşmamaq üçün nə etməliyik?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Mətanət Cəfərovanın sözlərinə görə, insan kəskin temperatur fərqi yaşamamalıdır:

"Havalar isindikcə kondisionerlərdən istər ev, istər ofis, istərsə də maşında hər kəs istifadə edir. Temperatur həddi çox aşağı qoyulmamalıdır. Çünki hava bayırda çox isti, içəridə kəskin soyuq olur, insan isə kəskin temperatur fərqi yaşamamalıdır.

Xəstələnmə əslində soyuqdan baş vermir. Kəskin temperatur fərqi insanlarda müəyyən diskomfort yaranmasına səbəb olur. Bəzən görürsən, otaqdakı 16, bayırda 40 dərəcə isti olur. Fərq isə 5-7 dərəcəni aşmamalıdır. Maksimum 10 dərəcə fərq yolveriləndir. Otaq temperaturu 22-23 dərəcə ola bilər. Otaqlara görə dərəcə fərqlənir. Uşaqların və yaşlı insanların otaqlarında hərarət bir qədər yüksək olmalıdır".

M.Cəfərova qeyd edib ki, kondisionerlərin filtrlərinin təmizlənməsi də əsas şərtdir:

"Kondisionerlərin filtrləri mütləq istifadədən öncə təmizlənməlidir. Çünki orada illərlə, aylarla qalan bakteriyalar, göbələklər, "legionella" deyilən mikroorqanizmlər var ki, onlar kondisionerdə yaşaya bilirlər. Sonuncular legionelyoz xəstəliyinin yaranmasına səbəb olur.

Filtri təmizlənməmiş kondisionerdən istifadə eyni zamanda havada olan bakteriyaların artmasına səbəb ola bilər. Tənəffüs sistemi, mədə-bağırsaq xəstəliklərinin yaranması, xroniki tənəffüs yolları və oynaq xəstəliklərinin kəskinləşməsi də mümkündür".

Terapevt əlavə edib ki, isti havalarda mütləq şəkildə hərə öz çəkisinə uyğun maye qəbul etməlidir:

"Gün ərzində hər çəkiyə 30 ml su qəbul edilməlidir. Günəşli yerdə oturmaq məsləhət deyil. İnsanlar daha çox sərin yerlərdə oturmalıdırlar. Bununla yanaşı, yüngül materialdan olan açıq rəngli paltarlara üstünlük verməli, həmçinin bol-bol su vannaları qəbul etməlidirlər".

Kondisioner ustası Azad Şirinov əlavə edib ki, kondisioner otağın ölçüsünə uyğun seçilməlidir:

"Dərəcə də otağa uyğun tənzimlənməlidir. Ümumiyyətlə, çöl ilə otaq temperaturu arasında az fərq olmalıdır. Xəstəliklərin yaranmasının qarşısını almaq üçün dərəcəni əvvəlcə 20-də qoymalıyıq. Otaq tam soyumalıdır. Daha sonra işlədiyi müddətdə 25 dərəcəyə qaldırmalıyıq. O zaman kondisioner fasilə ilə işləyəcək. Tez-tez fasilə getdiyi üçün otaq çox soyumayacaq. Fasiləsiz işlədikdə daim soyuq olur. Və bu zaman otaqla bayır arasında kəskin temperatur fərqi yaranır".

Mütəxəssis kondisionerlərin ayda bir dəfə təmizlənməsini mütləq sayır:

"Ayda ən azı bir dəfə kondisionerin filtrləri təmizlənməlidir. Çünki onlar evdə olan bütün toz hissəciklərini yığıb, özündə saxlayır. Çox qalanda da müxtəlif bakteriyalar əmələ gəlir. Hətta kəskin iy yaranır. Bu da insan orqanizminə zərərli ola bilər".

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 333
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 137
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 111
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 195
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

11:13 209
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 486
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 143
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 144
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 195
.