Dünyanı xilas etmək üçün insan saçlarından görün nə düzəltdi - FOTO
Böyük Britaniyanın Uels ərazisində saç ustası çalışan Adel Uilyams insan saçlarından xalçalar toxuyur.
BiG.AZ xəbər verir ki, bu barədə "Newsweek" yazır.
On il ərzində dünyanın müxtəlif yerlərində çalışan Adel 2 il öncə Kanadadan Böyük Britaniyaya qayıdıb.
Kanadada çalışarkən o öyrənib ki, kəsilən bütün saçlar suda yayılan nefti yığmaq üçün istifadə olunan xalçaların istehsalına göndərilir, çünki saçlar təbii şəkildə yağları "udur".
Britaniyada elə bir təcrübənin olmadığını öyrənən qadın şəxsi emalatxana açaraq bu növ xalçaların istehsalına başlayıb.
Saçların bir qismi ona layihəni dəstəkləmək istəyənlər tərəfindən poçtla göndərilir. Uilyams, həmçinin, digər saç ustalarıyla, bərbərlərlə də əməkdaşlıq edir.
Qadın içində həşəratların olmadığına əminlik əldə etmək üçün saçları yuduqdan sonra 3 ay saxlayır. Onun sözlərinə görə, hazırladığı xalçalar öz çəkilərindən 4 dəfə artıq həcmdə neft hopdururlar.
Bir xalçaya təxminən 800 qram saç gedir. Qeyd edək ki, bir insanın çiyinədək uzunluqda olan saçları orta hesabla 30 qram ağırlığında olur.
Xalçanın hazırlanma prosesi iki saat çəkir, iki nəfər işlədikdə isə bu müddət 45 dəqiqəyədək azala bilər.
Qadın öz biznesini sosial müəssisə kimi qeydiyyatdan keçirməyi və zavod açmaq üçün dövlətdən maliyyə almağı planlaşdırır.
İndiyədək o, 80 kiloqram saçdan xalça toxuyub. Hazırda onun əlində hərəsi 25 kiloqram ağırlıqda olan 7 qutu saç var.
"Mən dünyanı daha yaxşı etmək istəyirəm. Təəccüblüdür ki, bir çox problemi həll edə biləcək və düz başımızda bitən materialımız olduğu halda, biz neft təmizləmək üçün plastik xalçalar istehsal edirik. Bu, düzgün deyil. Başımızda olan materialı isə biz zibilliyə atırıq, halbuki o daha effektiv və ekoloji cəhətdən daha təmizdir", - deyə Adel fikirlərini bildirib.


Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1527 Tarix: 15 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDoaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817