"Mətanət İsgəndərli məni polislə hədələdi"
Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana arasında yenidən qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, Ali Məhkəmənin qərarına baxmayaraq uşaqlar anaya verilməyib. Səhhətində problem yaranan Canana isə Rusiyaya gedib və orada müalicə almağa başlayıb.
Bu haqda Axşam.az-a danışan Canana bir müddət əvvəl açdığı gözəllik salonunun bağlandığını və avtomobilini satdığını söyləyib:
"Salonum kirayə idi. Onun sahibini öyrətdilər ki, mənə işləməyə imkan verməsin. O da gəlib dedi ki, çıx məkandan və daha baha qiymətə başqasına kirayə verəcəm. Məni çalışmağa qoymurlar. İşləyib uşaqlarımı yanıma gətirmək üçün şərait düzəldə bilmirəm. Maşınımı və salondakı əşyaları satdım. Mənə o qədər stress yaşatdılar ki, əsəblərim korlanıb. Mətanət İsgəndərli bilirdi ki, mənim səhhətimdə problem var, mənə stress olmaz. Bilə-bilə bunu etdilər. Hazırda Moskvaya gəlmişəm, müalicə alıram. Həm də iş tapıb işləyəcəm. Çalışıb ən yaxşı şəraiti qurub, övladlarımı yanıma gətirəcəm".
Canana barışıqdan sonra aralarındakı mübahisənin yenidən alovlanmasına səbəb olan məsələni açıqlayıb:
"Getdim onun yanına, barışdım. Birlikdə şəkil paylaşdım. Yeni gəlininin ailəsi nə deyibsə, mənə zəng etdi sildirdi. Oğlumun ad günündə hədiyyə aldım apardım. Mətanət xanım da mənimlə normal görüşdü. Daha sonra uşaqlarım üçün "playstation" aldım apardım. Evdə tək idilər. Yanlarında dayə var idi, qapını açmadı. Mətanət xanım isə zəng edib ki, sən kimsən ora gəlirsən? Uşaqları görmək istəsən aşağı düşsünlər, ora getmə. Hədələdi ki, indi polis çağıracam. Qayıdır ki, əl çək bizdən. Mən uşaqlarım üçün gedirəm, onlar nəyimə lazımdır. O qədər qəddar adamdır ki... Deyir, uşaqlara yazığım gəlir. Deyirəm, onda denən gedin ananızla yaşayın. Cavab verir ki, niyə edim, ataları ilə qalırlar".
"Ali məhkəmənin qərarı var. Nə üçün haqqınız ola-ola uşaqları almırsınız" sualına Canana belə cavab verib:
"Mənim şəraitim yoxdur. Uşaqlar yaxşı yerdə yaşamağa öyrəşiblər. Onlara çalışıb o cür imkan yaradıb gətirəcəm. Övladlarım onların verdiyi həyatla xoşbəxtdir. Bir-birilərindən də ayrı qalmırlar. Evim olmasa gəlməycəklər. Sevinirəm ki, qanunla qalib gəldim, uşaqlar məndə qaldı. Hərdən mənlə mehriban olur, deyir, səni balalarımdan ayırmıram, tək olsaydım, sənin yanında olardım. Onu da kimlərsə öyrədir. Artıq yorulmuşam, beynim buna tab gətirmir".
Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında qalmaqallı şəkildə boşanıb. Üç uşağın qəyyumluğu ataya verilib. Canana daha sonra Apellyasiya məhkəməsinə müraciət edərək, uşaqları geri alıb. Bu qərarla razılaşmayan Kərim Ali Məhkəməyə müraciət edib. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır.
Canana isə M.İsgəndərlinin evinə gedərək onunla barışıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704