ATV və ARB-dən birgə BƏYANAT: "Lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq"

ATV və ARB-dən birgə BƏYANAT: "Lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq"ATV və ARB telekanalları birgə bəyanat yayıb.

Oxu.Az-a daxil olmuş bəyanatın mətnində deyilir:

"Bu birgə bəyanatın səbəbi bəzi media resurslarında ATV və ARB telekanallarına qarşı vüsət almış kampaniyadır.

Hər cür uydurmalara, təxribat xarakterli bəyanatlara və heç bir fakta əsaslanmayan mülahizələrə cavab verməyə lüzum bilməsək də, ATV-nin "Bizimləsən" və ARB-nin "Səni Axtarıram" verilişlərində xeyriyyə tədbirlərindən yığılan vəsaitlərin mənimsənilməsi ilə bağlı səslənən ciddi xarakterli ittihamları cavabsız qoymaq olmaz. Bu ittihamlar tamamilə cəfəng, əsassız və böhtandır, lakin bu ittihama cavab verməyimiz müstəsna olaraq qeyd edilən verilişlərin milyonlarla tamaşaçısına və müsəlmanların müqəddəs Ramazan ayında xəstə uşaqlar üçün ianə toplama kampaniyalarında iştirak edən yüz minlərlə vətəndaşımıza hörmətdən irəli gəlir.

Bununla bağlı aşağıdakı FAKTLARI qeyd edirik:

1. Kampaniyalar elan olunmazdan əvvəl telekanallar xəstəlik və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazımi sənədlərin təqdim edilməsini tələb edir.

2. Müalicə üçün toplanan ianələr birbaşa xəstə uşaqların valideynləri tərəfindən təqdim edilən bank hesablarına edilir.

3. Telekanallarda vəsaitin təyinat yerinə köçürülməsi barədə sənədli dəlillər var.

4. Xeyriyyə marafonu efirdə canlı yayımlanıb, vəsaitlərin toplanması və ödənişlərin bütün mərhələləri vizual qaydada sənədləşdirilir.

5. Verilişlərin redaktorları uşaqların valideynləri, uşaqlar və onların müalicə olunduğu klinikalar ilə mütəmadi əlaqə saxlayırlar - bu əlaqələr həm də vizual olaraq sənədləşdirilir.

6. ATV kanalına qarşı ittihamlarla internet resurslarına müraciət edən bir qadın vətəndaşın məsələsini ayrıca qeyd etmək yerinə düşər: ATV telekanalının böhtanla bağlı məhkəməyə müraciət etməməsinin yeganə səbəbi həmin vətəndaşın ağır vəziyyəti və öhdəsində 4 uşağın olmasıdır. Lakin əsassız ittihamlar davam edərsə, telekanal öz şərəf və ləyaqətini məhkəmə vasitəsilə müdafiə etmək məcburiyyətində qalacaq.

Beləliklə, bildiririk ki, xeyriyyə məqsədilə toplanmış bütün vəsaitlər tam təyinatı üzrə yönəlib və xərclənib, lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq.

Biz keçmişdə telekanallarda, saytlar və sosial şəbəkələrdə əsl məqsədi biznes rəqiblərin gözdən salınması və sıradan çıxarılması olan məlum "media müharibələri" təcrübəsinin yenidən canlandırılması cəhdlərini səmərəsiz hesab edirik.

Biz həmkarlarımızı həm jurnalistikanın əsas prinsiplərinə, həm də media etikası qaydalarına əsaslanan məsuliyyətli mövqe tutmağa çağırırıq.

Eyni zamanda qeyd edirik ki, telekanalların və bu telekanallarda çalışan kollektivlərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ziyan vuran böhtan və birtərəfli, təhrif edilmiş məlumatları məsuliyyətsiz şəkildə yayan resurslara qarşı məhkəməyə müraciət etmək imkanını nəzərdən keçiririk".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1146   Tarix: 12 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 192
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

17:40 0
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 178
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 169
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 176
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 1
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 136
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 57
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya

11:33 180
.