Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətli

Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətliBu ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonunda 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daha əvvəl "Lider" televiziyasında çalışmış N.Həsənovanı amansızlıqla qətlə yetirərək bədənini hissələrə ayırmış həyat yoldaşı, 1987-ci il təvəllüdlü Orxan Alıyevə 20 il müddətinə həbs cəzası verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə O.Alıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndirilib. Məhkəmə prosesi iyulun 3-də başa çatıb. Prosesdə məlum olub ki, Nahidə həyat yoldaşı Orxanla dayıoğlu-bibiqızı olub. Lakin o, ailədə mütəmadi şiddət görüb və qətlə yetirilməzdən bir neçə gün əvvəl Nahidə Bakıdan Füzuliyə anasıgilin yanına gedibmiş. Lakin Orxan daha sonra – yanvarın 3-də Nahidənin ardınca Füzuliyə gedərək israrla onun geri qayıtmasını istəyib. 1 gün Füzulidə qayınanasıgilin evində qalan Orxan Nahidəni razı salaraq Bakıya gətirib. Elə həmin gün o, Xətai rayonu, General Şıxlınski küçəsindəki evdə Nahidəni xüsusi amansızlıqla qətlə yetirib.

Məhkəmədə ifadə verən Orxan Alıyev Nahidəni qətlə yetirməzdən əvvəl ona məcburi şəkildə kəlmeyi-şəhadətini oxutdurduğunu bildirib: "Nahidə ilə 2017-ci ildə ailə həyatı qurmuşduq, o mənim bibim qızı idi. Nahidə, anam və azyaşlı qızım eyni evdə yaşayırdıq. Ailə qurandan sonra onun məni aldatmasından şübhələnməyə başlamışdım, mobil telefonu vasitəsilə izlətdirirdim. Lakin Nahidənin kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişəm. Bununla bağlı tez-tez mübahisəmiz olurdu. Sonuncu dəfə 05 dekabr 2021-ci il tarixdə Nahidə ilə yenə dalaşdıq, uşağı götürüb Füzuliyə atası və anasının yaşadığı evə getdi. 3 yanvar 2022-ci il tarixdə Nahidəni və uşağını geri gətirmək üçün yola düşdüm. Həmin gün onları Bakıya gətirmək istəsəm də, qayınatamgil buna imkan vermədi. Gecəni orada qalıb Nahidəni Bakıya getməyə razı saldım, yanvarın 4-də səhər saat 07 radələrində yoldaşımı və uşağı Füzuli rayonundan götürüb taksi ilə Bakı gətirdim, saat 12 radələrində Xətai rayonunda yerləşən mənzilə çatdıq. Bir qədər keçdikdən sonra anama uşağı da götürüb bacımgilə getməsini, Nahidə ilə söhbət etmək istədiyimi bildirdim. Anam uşaqla birgə gedəndən sonra Nahidə ilə mənzildə tək qaldıq, evin giriş qapısını içəridən bağladım ki, evə heç kim girməsin. Nahidədən mənə kiminlə xəyanət etdiyini soruşdum. O isə xəyanət etmədiyini bildirdi. Buna görə çox əsəbi vəziyyətdə danışırdım. Nahidə xəyanət etmədiyinə and içirdi".

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra əvvəlcədən planlaşdırdığı qətli törədib: "Nahidənin saçından tutub sürüyə-sürüyə mətbəxə, oradan isə hamam otağına apardım. Orada Nahidəyə: "Sənin başını da, əllərini də kəsəcəyəm, kəlmeyi-şəhadətini de səni öldürəcəyəm",- sözlərini deyərək, israrla ona kəlmeyi-şəhadətini deməyə məcbur etdim və mətbəxdən götürdüyüm bıçaqla Nahidənin başını bir qədər kəsdim".

Bundan sonra həyat yoldaşının ölümünə əmin olan Orxan geri qayıdaraq onun başını bədənindən tamamilə ayırıb, həmçinin qollarını və digər orqanlarını kəsib bədənindən ayıraraq vannaya yığıb: "Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə hamam otağında olan vannanın içinə uzatdım. Orada onun sağ qolunu bıçaqla çiyin nahiyəsindən kəsib bədənindən ayırdım. Meyitin sol qol nahiyəsini çiyin hissədən bıçaqla kəsməyə başlayanda qapı döyüldü. Qapının gözlüyündən baxanda anamla bacımın gəldiyini gördüm. Onlara getmələrini bildirdim, çünki onların bu vəziyyətdə olan meyit görməsini istəmirdim və yeznəmin gəlməsini bildirdim".

Məhkəmədə mərhum Nahidə Həsənovanın valideynləri onun Füzulidən Orxanla birgə getməyini istəmədiklərini, lakin Nahidənin özünün razılığı ilə Bakıya yola düşdüyünü deyiblər.

Həmçinin Orxanın yaxınları onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Qeyd edək ki, araşdırmalar zamanı Orxan Alıyevin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi də məlum olub.

Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətliKəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətli


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2130   Tarix: 12 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 239
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 140
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah

10:57 193
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 178
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 1
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 136
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 191
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 147
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 144
.