Azərbaycanda alim vəfat edib

Azərbaycanda alim vəfat edibAMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, mərhum beynində olan bədxassəli şişdən 1 həftə öncə əməliyyat olunub. Amma səhhəti getdikcə ağırlaşıb və bu gün dünyasını dəyişib.

Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İqtisadi-riyazi modellər laboratoriyasında başlayıb. 1976-1980-ci illərdə Kibernetika İnstitutunda baş elmi işçi, 1980-1991-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, dosent, 1991-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 sentyabr 1994-cü il tarixli Fərmanı ilə yaradılmış və 11 aprel 1998-ci ilə kimi fəaliyyət göstərmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi ölkədə özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı işlərin təşkilində yaxından iştirak edib.

A.Musayevin rəhbərliyi ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 2001-ci ildən Fiskal siyasətin iqtisadi riyazi modelləşdirilməsi laboratoriyası fəaliyyət göstərir.

O, 1999-cu ildə Vergilər Nazirliyi Tədris Mərkəzinin, eyni zamanda 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin rəisi, 2000-2007-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergi qoyma kafedrasının rəhbəri, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2011-2013-cü illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2013-2015-ci illərdə Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Alim 400-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya, 15 dərslik və dərs vəsaitinin, 12 fənn proqramının müəllifidir. Onun elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir. A.Musayevin rəhbərliyi ilə 5 elmlər doktoru, 34 fəlsəfə doktoru hazırlanmışdır.

O, "İpək yolu" jurnalının baş redaktoru, ondan artıq yerli və xarici ölkələrin elmi jurnallarının redaksiya heyətinin və qurumlarının üzvüdür.

A.Musayevin tədqiqat istiqamətləri nəqliyyat proseslərinin modelləşdirilməsi, neft maşınqayırma və neft sənayesinin qarşılıqlı fəaliyyətinin modelləşdirilməsi və fiskal siyasətin modelləşdirilməsi sahələrini əhatə edir.

İqtisadçı alim ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə "Dövlət Qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunub. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə "Beynəlxalq Şərəf Diplomu"na və "Görkəmli lider mükafatı"na layiq görülüb.

O, Gürcüstan Respublikasının "Qafqaz Universitetinin Fəxri doktoru"dur.

Allah rəhmət eləsin!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1547   Tarix: 11 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 239
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 140
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah

10:57 193
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 178
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 1
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 136
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 191
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 147
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 144
.