Həkim-nevropatoloq: "Yuxuda olan şəxs cinayət də törədə bilər"

Həkim-nevropatoloq: "Yuxuda olan şəxs cinayət də törədə bilər"Son zamanlar yuxusuzluq problemi ilə demək olar ki, hər kəs qarşılaşır. Bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir. Hətta yuxusuzluqdan əziyyət çəkənlər arasında sadalananlardan bir neçəsini eyni zamanda yaşayanlar da olur. Belə vəziyyəti müxtəlif səbəblərlə əlaqələndirirlər.

Həkim-nevropatoloq Qalib Əsədov Oxu.Az-a açıqlamasında qeyd edib ki, yuxusuz qalmaq immun sisteminə təsir edir:

"Yuxu təkcə insan orqanizminə yox, bütün canlılara xasdır. Orqanizmin mühüm fizioloji funksiyasıdır. Biz sutkanın üçdəbir hissəsini yuxuda keçiririk. Belə deyək, 60 yaşlı kişi ömrünün 20 ilini yuxuda keçirib. Bu, son dərəcədə vacibdir. Gün ərzində beyin enerji sərf edir. Bu səbəbdən də itirilən enerjinin miqdarı hansısa formada bərpa olunmalıdır. Həmin proses üçün isə yuxu vacibdir. İnsan yuxusuz qalanda daha tez xəstələnir, zəifləyir. Bioloji proses pozulduqda insan əzgin, yorğun olur".

Həkim deyir ki, insan yuxuda olarkən cinayət də törədə bilər:

"Bəzən yuxuda olan insan qeyri-iradi hərəkətlər edir, gəzir. Bu, lunatizm xəstəliyidir. Yuxuda olarkən şəxs hətta cinayət də törədə bilər. İnsan yuxu görəndə onun əzələləri iflic vəziyyətində olur. Bunun səbəbi odur ki, sən gördüyün yuxunun təsirindən qaça, yanındakına xəsarət yetirə bilərsən. Beyindən əzələyə siqnal getmir. Lunatizm xəstələrinin isə əzələləri iflic olmur.

Müxtəlif səbəblərdən insanlarda tənəffüs sistemi pozulur. İnsan yatarkən əqli fəaliyyəti tamamilə dayanır, tənəffüsün keyfiyyəti aşağı düşür, qanda oksigenin miqdarı azalır. Bununla yanaşı, əgər tənəffüs sistemində hansısa problem varsa və yaxud insan kiçik otaqda yatırsa, bu problemlə üzləşir. Tənəffüsü bərpa etmək üçün beyin motor şöbələrini aktivləşdirir. Motor şöbə aktivləşdiyi üçün insan ayağa qalxır, daim etdiyi hərəkətləri etməyə başlayır. Lunatiki oyatsan belə, o, nə etdiyini bilməyəcək. Bu dövrdə xəstə yuxu görmür. Həmin şəxsi oyatmaq olar. Lakin bu bir qədər çətin olacaq".

Nevropatoloq yuxunun keyfiyyətinə mənfi təsir edən qarabasmanın tam başqa anlayış olduğunu söyləyib:

"Qarabasma tam başqa bir anlayışdır. Bu, xroniki stres, əsəbi sarsıntı keçirənlərdə daha çox olur. Hətta adam yuxudan ayıla bilər. Bu, sinir sisteminin funksional sisteminin pozulmasının əlamətidir. Həmin şəxslərin həkim müdaxiləsinə ehtiyacları var".

Maraqlı məqamlardan biri də budur ki, bəzən insan hesab edir ki, yuxuda hündürlükdən yıxılır.

"Yuxuya gedən zaman əzələlər boşalır. Bu ərəfədə əzələlər yavaş-yavaş boşaldığı üçün elə bilirsən ki, hündür yerdən yıxılırsan. Beyinə siqnal gəlir ki, əzələlər boşaldı. Birdən-birə boşluğa düşürsən. İnsan tam yuxuya getmədiyi üçün bu hal baş verir", - deyə həkim qəribə halın izahını verir.

Həkimin sözlərinə görə, hər gün eyni saatda yatmağa çalışmalıyıq:

"Yuxunu tənzimləmək üçün ilk növbədə yataq otağının havasını tez-tez dəyişdirmək lazımdır. Bu proses yatmazdan əvvəl həyata keçirilməlidir. Yatmazdan öncə televizora baxmaq, kompüter və telefonla oynamaq məsləhət görülmür. Həmçinin yatmazdan bir saat qabaq təmiz havada gəzmək lazımdır.

Yuxusu qaçan insan kitab oxuya bilər. Çünki kitab oxuduqca insan rahat şəkildə yuxulaya bilir. Hər gün eyni saatda yatmağa çalışmalıyıq. Ümumiyyətlə, yataq otağında sakitlik, təmiz hava, yatağın rahat olması əsas şərtdir".

Yuxu ilə bağlı maraqlı məlumatlar

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bu proses bütün heyvanlara, həmçinin bəzi həşəratlara məxsusdur. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

Araşdırmalara görə, bizim gördüyümüz yuxular hazırkı vəziyyətimiz və ya xatirələrimizdə olanlardır. Görülən yuxu bir-iki saat ərzində yaddan çıxır. Gərginlik yaşayanda isə gec unudulur. Deyilənə görə, 15-20 dəqiqədən artıq yuxu görə bilmərik. İnsan bəzən yuxuda yuxu gördüyünün fərqində olur. Bu, lusid yuxu adlanır. Bəzi tədqiqatçılara görə, yuxudan oyandıqdan sonra yuxuları yazmaq, düşünmək, meditasiya etmək və reallığı sınamaq texnikalarını tətbiq etmək lusid yuxu görməkdə kömək edə bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1000   Tarix: 03 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.