DİM sədrindən imtahanlarda 700 bal toplanılmamasına MÜNASİBƏT
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib.
O, "Report"un sualına cavab olaraq bildirib ki, buraxılış və qəbul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir.
DİM sədri deyib ki, kütləvi prosesi xarakterizə edən orta abituriyentin nəticələri, yaxud misal olaraq, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayıdır: "Bu, daha vacib göstəricilərdir. Hər zaman qeyd etmişəm ki, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Çünki onlar onsuz da eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, hansısa bir suala cavab verməyib, yaxud texniki səhvə görə 700 bal toplaya bilməyib. Bu da formal göstəricidir. Əsas onu araşdırmaq lazımdır ki, ildən-ilə vəziyyət necə dəyişir? Təhsil sistemində hansı nəticələri görürük?".
M.Abbaszadə buraxılış imtahanlarında daha çox müsbət tendensiyanın müşahidə olunduğunu söyləyib: "Xüsusilə Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Hələ ki xoşagəlməz nəticələr riyaziyyat fənnindədir ki, bunu da açıq şəkildə deyirik. Ola bilsin ki, bu il 11-ci sinfi bitirən şagirdlər riyaziyyat fənnini ayrı dərsliklərdən keçiblər, yaxud dərslikləri 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır. Ümumilikdə isə hansısa detalı götürüb ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil".
"Buraxılış imtahanında maksimal 300 balı toplayanların qəbul imtahanında iki cəhdlik seçimdə iştirak etmək şansı var. Lakin buraxılış imtahanında 300, qəbul imtahanının ilk cəhdində də 399 bal toplayan abituriyentə ikinci cəhddə iştirakını rəva bilməzdim ki, mütləq 700 bal toplasın. Bu ona heç lazım da deyil. Çünki bu ona fiziki cəhətdən ağır olacaq. Hər bir şəxs bu imtahanları verdikdə əvvəlcədən fikirləşməlidir ki, hansı istiqamətə gedəcək və nə işlə məşğul olacaq. Bu suallar üzərində fikirləşməlidir. Biz bu istiqamətdə işləməliyik. Abituriyentləri mütləq şəkildə 700 bal toplamalısan basqısı altında saxlamaq olmaz. Lazım olmayan faktı müzakirə etmək doğru deyil. Daha mürəkkəb faktlar və məsələlər var. Bunun üçün elmi yanaşma lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 924 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 140 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 131 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 75 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 208 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 175 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 187 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 178 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
15:40 174 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
14:50 175