İcra Hakimiyyətinin şöbə müdiri qız qaçırıb?
Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə məlumat yayılıb.
"Qafqazinfo"nun xəbərinə görə, iddia edilib ki, rayon sakini Ü.R. ailəsindən imtina edərək onunla qaçıb. Belə ki, xanımın boşanma ərəfəsində olduğu əri tərəfindən döyüldüyü üçün bu addımı atdığı bildirilib.
Ş.Qəmbərli barəsindəki iddialarla bağlı "Qafqazinfo"ya müraciət edib. O, məlumatın həqiqəti əks etdirmədiyini və vəzifəsi ilə bağlı qarayaxma kampaniyasının aparıldığını deyib:
"Yayılanlar tamamilə şər-böhtan və qarayaxmadır. Mən bu il mayın 10-dan İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbəri təyin olunmuşam. Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Xanımın əri ilə əlbir olaraq bunu edib. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam. Üstəlik, İcra Hakimiyyətinin hər tərəfi kameradır, bu gün kim kimi qaçıra bilər?! Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Mənə böhtan atanlar məhkəmə qaydasında cəzalandırılana qədər bu işin arxasınca gedəcəyəm".
Şöbə müdirinin sözlərinə görə, Ü.R. ilə kontaktı iş üçün İcra Hakimiyyətinə müraciət etməsi ilə bağlı olub: "O xanım bizə müraciət edərək Xarici Dillər Universitetini bitirdiyini dedi. O, öz təhsilinə uyğun iş istəyirdi. Biz də digər vətəndaşlar kimi eyni qaydada onun müraciətinə baxmışıq. Başqa heç bir şəkildə mənim o xanımla ünsiyyətim olmayıb. Bildiyim qədərilə xanım boşanma ərəfəsindədir və həyat yoldaşı narkotik aludəçisidir. Görünən odur ki, ortada hansısa maraqlar var ki, əri də haqqımdakı şayiələrin yayılmasında ortaq olub. Ortada heç bir fakt olmaya-olmaya nəyə görə mənim şərəf və ləyaqətimlə oynamalıdırlar?"
Məsələ ilə bağlı Ü.R. ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir: "Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam. Mənim şərəf və ləyaqətimə ləkə gətirən informasiyalar paylaşan şəxslərin qanunamüvafiq qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edəcəyəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1250 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 140 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 131 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 75 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 208 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 175 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 187 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 178 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
15:40 174 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
14:50 175