Bakı metrosundan sərnişinlərə MÜRACİƏT

Bakı metrosundan sərnişinlərə MÜRACİƏTYay dövrünün qədəm qoyması ilə metropolitendə sanitariya normaların tələblərinə əməl edilməsi ilə bağlı nəzarət mexanizmləri gücləndirilib.

BiG.AZ "report"a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilir ki, dövrün mikroiqlim xüsusiyyətləri nəzərə alınmaqla sərnişinlərin müxtəlif qablaşdırılmış sulardan, həmçinin qida və kulinariya məhsullarından istifadə etməsi hallarının artması müşahidə olunur: "Stansiya və qatarların təmizliyinin qorunub saxlanması məqsədilə bir sıra tədbirlər yerinə yetirilir, monitorinqlər davam etdirilir. Bununla yanaşı, "COVID-19" pandemiyası dövrünün tələbləri əsasında sanitar-gigiyenik qaydalara ciddi əməl olunması aktuallığını qoruyub saxlayır.

Məlumdur ki, metropoliten stansiyalarında sərnişin təhlükəsizliyi, eləcə də sanitariya qaydalarının qorunub saxlanması məqsədilə tullantılar üçün konteynerlər qoyulmur.

Qeyd edilənlər nəzərə alınmaqla, stansiyalarda gücləndirilmiş təmizlik işlərinin həcmi və miqyası artırılıb, davamlı nəzarət təmin edilib.

Lakin qatarlarla bağlı vəziyyət fərqlidir. Vaqonlarda müvafiq yoxlama və nəzarət tədbirlərinə, əsasən, sonuncu stansiyalarda yol verilə bilər. Bununla belə Qırmızı xəttin "İçərişəhər", Yaşıl xəttin "Dərnəgül" stansiyalarında qatarların bir yoldan digər yola keçirilməsini təmin edən dönmə kameraları yoxdur.

Belədə qatarlara əlavə sanitariya baxışının keçirilməsi intervalların artması və yubanmalara yol verilməsi ilə nəticələnəcək. Bu səbəbdən "İçərişəhər" və "Dərnəgül", habelə Yaşıl xəttin "Memar Əcəmi" stansiyalarından xəttə çıxan qatarlarda, hərəkət qrafikinin pozulmaması şərti ilə, ən qısa müddəti nəzərdə tutan təmizlik işləri təşkil edilir.

Hər iki xətt üzrə qatarların müntəzəm dönmə əməliyyatı aparılan sonuncu stansiya "Həzi Aslanov"dur. Məhz bu stansiyada qatarlara sanitariya nəzarəti çərçivəsində atılmış əşyaların yığışdırılmasına yalnız müəyyən mənada imkan var.

Ümumən qatarlarda əsaslı sanitariya baxışının keçirilməsi və təmizlik işlərinin aparılması yalnız depo şəraitində mümkündür".

"Bakı Metropoliteni" QSC sərnişinlərinə müraciət edərək, stansiyalarda və xüsusən qatarlarda istifadə olunmuş qablaşdırılmış su, qida və kulinariya vasitələrinin atılmamasını rica edir.

Eyni zamanda stansiya və qatarlarda oturacaq və tutacaqların, habelə əllə təmas olunan digər səthlərin təmiz saxlanması vacibdir.

Unutmayaq, paytaxtın əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropoliten insanların kütləvi toplaşdığı və hərəkət etdiyi məkanlardandır. Günümüzün aktual məsələlərindən biri sanitar-gigiyenik qaydalara riayət olunmasıdır.

Bu, metropolitendə hər bir sərnişinin sağlamlığının əsas meyarlarından biridir. Bir sərnişinin diqqətsizliyi və yaxud biganəliyi yüz minlərlə insanın, o cümlədən hər birimizin evinin sakini və qonağı kimi metropolitendən istifadə edən ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığına xələl gətirə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 01 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy

12:16 199
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 210
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 186
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 175
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 149
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 186
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya

11:33 191
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 175
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 208
.