Ginekoloqun faciəli ölümünə şahidlik edən uşaqları KİMƏ VERİLƏCƏK? - "Atam bais oldu..."
Tanınmış ginekoloq Xalidə Kəngərlinin ölümündən 3 gün keçir. İctimaiyyətdə qadının əzablı və dəhşətli ölümünün müzakirəsi bitmək bilmir. Xüsusilə ananın azyaşlı övladlarının gözü qarşısında faciəli ölümü, bu azmış kimi ataları ilə birgə cəsədə şahid olmaları təsəvvür edilməyəcək qədər ağır mənzərədir desək yanılmarıq.
BiG.AZ xəbər verir ki, hadisənin dözülməzliyindən ciddi travma almış azyaşlıların sonrakı aqibəti ilə bağlı məsələ aktuallaşıb.
Məsələ ilə bağlı "bizim.media"-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, hadisə baş verən kimi olay yerinə dərhal aidiyyəti icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları yaxınlaşmalı idi:
"Komissiyanın tərkibindəki psixoloq o uşaqların durumunu qiymətləndirməli, dərhal o ərazidən uzaqlaşdırmalı idi. Uşaqlar üçün bir qədər sakit mühit yaradılmalı idi. Uşaq şahidlik də edəcək, istintaqa da gedəcək. Travmalar üst-üstə o qədər yığılacaq ki, hətta atanın bu işlərdə günahı olmamış olsa belə, o uşaqların psixologiyasında "atam bais oldu" deyə bir fikir formalaşacaq.
İstintaqın işinə müdaxlə etmək kimi bir fikrim yoxdur. Amma mənə göstərin ki, bu illər ərzində anaları qətl edilmiş, gözlərinin qarşısında intihar və ya fiziki zorakılıq görmüş, ümumiyyətlə valideynlərinin faciəli ölmünü eşidən uşaqlarla hansı qurum işləyib? Heç kim işləməyib. Həmişə deyirik ki, zorakılıq qurbanı olmaq təkcə şillə, təpik, təcavüz görmək deyil. Psixoloji zorakılığın və travmanın özü çox dəhşətli bir haldır".
Kəmalə ağazadənin fikrincə, araşdırma və istintaq prosesi bitənə qədər o uşaqların kimdə qalması rəsmi qaydada müəyyən olunmalıdır:
"Bilirəm ki, indi o uşaqlar yasın içindədir. Onlarla heç kim iş aparmır. Halbuki onlar mütəxəssislərə cəlb olunmalıdır. Bəlkə o uşaqların daxilində post travmatik sindromdan sonra ciddi bir fəsad yaranıb? İmmunitetləri aşağı düşüb? Bunları kim nəzərə alacaq? Ailə bunu edəcəkmi?
Ailə hazırda yasını, ehsanını necə verməyi, istintaqın düzgün aparılıb-aparılmaması marağındadır. Uşaq maraqlı deyil. Biz niyə gecikməliyik? Bu məsələnin köklü şəkildə mexanizmi formalaşmalıdır. Gözləyə-gözləyə aqressiv, sındırılmış, iradəsiz, çox zəif duruma düşən və ya cinayət törədə biləcək nəsil yetişdiririk".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2914 Tarix: 30 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 199 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 210 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
15:06 186 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 175 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 149 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 186 Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya
11:33 191 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
14:50 175 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 208