Uşağı da, böyüyü də narahat edən yeni virus: "Gün ərzində yeddi-səkkiz dəfədən çox qusursa..."

Uşağı da, böyüyü də narahat edən yeni virus: "Gün ərzində yeddi-səkkiz dəfədən çox qusursa..."Son günlər həm uşaqlar, həm də böyüklər arasında qızdırma, halsızlıq, qusma ilə müşahidə edilən xəstəlik yayılıb. Tez-tez sosial şəbəkələrdə bu barədə paylaşımlar görürük.

İnsanlar adətən iki gün davam edən xəstəliyin nə olduğunu bilmirlər. Əsas simptomlar – başağrısı, ishal, qusma, qızdırma və halsızlıqdır. Bəs bu, infeksion xəstəlikdirmi? Adamların özlərini bu cür hiss etmələrinə səbəb nədir?

Oxu.Az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev cavablandırıb.

O bildirib ki, yay aylarında bir neçə güclü virus var ki, istiyə dözümlü olduğundan artıq onların fəsadlarını görürük:

"Xüsusilə uşaqlarda bu viruslara yoluxmalar müşahidə edilir. Virusların xüsusiyyəti belədir ki, qızdırma, ishal, qusma, qarın ağrısı ilə müşahidə edilir. İki günə yaxın qızdırma davam edir, qusma olur. Uşaqlar sadəcə yüngül maye qəbulu və pəhrizlə bu xəstəlikdən sağalırlar. Yox, əgər uşaq gün ərzində yeddi-səkkiz dəfədən artıq qusursa (və ya ishal olursa), ağızdan heç bir qida qəbulu mümkün olmursa, hərarət yüksək olursa, artıq Həkimə müraciət etmək lazımdır".

Həkim günvurma ilə bağlı məsələyə də münasibət bildirib:

"Valideynlərin diqqətinə çatdırılır ki, səhər saat 11-ə qədər və saat 16:00-dan sonra uşaqların Günəş şüaları qəbul etmələri yaxşıdır. Digər saatlarda Günəş şüaları uşaqlara zərərlidir. Günvurma simptomları - halsızlıq, güclü yuxuya meyillilik, ishal, qusma, hərarət və digər şikayətlər - varsa, diqqətli olsunlar. Uşaqları kölgəyə çəkib az-az su içirmək lazımdır. Yox, əgər əhval-ruhiyyəsində ciddi mənfiyə doğru dəyişiklik sezilərsə, huşu özündə olmayan vəziyyətdə olarsa, dərhal həkimə müraciət edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1395   Tarix: 30 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağl

12:51 261
.

Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə

14:10 139
.

Sabahın havası açıqlandı

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanı

14:23 122
.

İnzibati xəta və cinayət: Tutulma müddətləri arasında hansı fərq var?

"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan çox ola bilməz. Lakin qanunvericilikdə bu qaydadan müəyyən istisnalar nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, sərhəd rejimini, sərhədboy

15:55 64
.

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı

15:29 120
.

Şıxov çimərliyində iki qadın dənizdə boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

16:10 58
.

Avropada anomal istilər və quraqlıq: Fermerlərə dəyən ziyan milyardlarla avro ilə ölçülür

Fransada anomal istilər, genişmiqyaslı yanğınlar və quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub, nəticədə fermerlərə dəyən itkilərin kompensasiyası üçün milyardlarla avro tələb olunacaq. xəbər verir ki, bunu Fransanın ən böyük kənd təsərrüfatı həmkarlar ittifaqının rəhbəri Arno Russo "Franceinfo"

09.08.2026 246
.

"Deepfake"lərə qarşı yeni qaydalar: Süni intellekt necə tənzimlənəcək?

"Süni intellekt texnologiyalarının sürətlə yayılması artıq dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa məcbur edir. Çünki süni intellekt yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları və hətta ictimai rəyə təsir kim

15:45 75
.

İrəvan sülh istəyirsə, bunu bəyanatlarla deyil, konkret addımlarla göstərməlidir

"Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində artıq sözlə əməl arasında ciddi fərqin yarandığını müşahidə edirik. Baş nazir Nikol Paşinyan beynəlxalq platformalarda sülh tərəfdarı olduğunu bəyan edir, Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışır. Amma sülhün hüquqi və siyas

14:28 132
.

TOP MP3