Məhkumluğu olan maşın sürə bilməz - yeni qanun...

Məhkumluğu olan maşın sürə bilməz - yeni qanun...Rusiyada yeni qanun qüvvəyə minir. Prezident V.Putin keçmişdə məhkumluğu olan şəxslərin sərnişin və yük daşımalarında işləmək imkanını məhdudlaşdıran qanunu imzalayıb. Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Qanuna əsasən, məhkumluğu tam qapanmayan və ya bir sıra orta ağır, ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər taksi sürə edə bilməyəcəklər. Onların arasında: adam öldürmə və ya qəsdən sağlamlığa ağır zərər vurma; adam oğurluğu; quldurluq, soyğunçuluq; zorlama və cinsi toxunulmazlığa qarşı digər cinayətlər; ictimai təhlükəsizliyə, dövlətin təhlükəsizliyinə və konstitusiya quruluşunun əsaslarına, sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlər var.

Avtobus, tramvay, trolleybus sürücüləri işə götürülərkən yalnız məhkumluq və yuxarıda sadalanan kateqoriyadan olan cinayətlər nəzərə alınacaq.

Bəs Azərbaycanda bu sahədə qanunvericilik nə yerdədir? Keçmişdə məhkumluğu olanlar taksi və ya marşrut avtobusu sürə bilərmi? Sürürmü?

O da qeyd edilməlidir ki, zaman-zaman taksi sürücülürərinin davranışları ilə bağlı narazılıqlar olur. Bakıda daha çox istifadə edilən "189", "Bolt", "Uber" kimi taksi şirkətlərdə işləmək üçün onlayn qaydada sürücülük vəsiqəsini göndərib qeydiyyatdan keçmək kifayət edir ki, sürücü olsunlar. Heç bir tibbi yoxlanışdan keçməyən, bəlkə də əqli cəhətdən zəif, zorakılığa meylli olan bəzi şəxslər Bakı küçələrində hərəkət edir, həm sərnişinlərin, həm də digər yol hərəkət iştirakçılarının həyatını riskə qoyurlar. Hətta sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər də paylaşılmışdı.

Əlövsət Allahverdiyev: "Ağır cinayətlər törətmiş şəxsin sərnişin daşıması qadağan olunmalıdır"

Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev bunları söylədi: "Hazırda bu çox aktual məsələdir. İndiyə qədər Bakıda fəaliyyət göstərən özəl şirkətlərə məxsus taksilər var ki, onlar vətəndaşlara qarşı çox kobud rəftarlar, tərbiyəsizlik edirlər. Bunlar heç bir məsuliyyətə də cəlb olunmurlar. Taksi şirkətləri onların məsuliyyətə cəlb olunmasına köməklik göstərmir. Bu da əhalini narahat edir. Ümumiyyətlə, qadınların, körpələrın həyatının təhlükədə olması ilə bağlı çoxlu şikayətlər var. Təəssüflər olsun ki, bu gün Azərbaycanda belə ağır cinayət törətmiş şəxslər nəinki taksi sürücüləri kimi fəaliyyət göstərir, hətta avtobus sürücüsü kimi də çalışırlar. Bununla bağlı bir neçə fakt var. Yaxınlarda avtobus qatarla toqquşmuşdu, onu araşdırıblar, məlum olubdu ki, avtobus sürücüsü həbsxanadan yeni çıxmış şəxsdir. Heç bir şəkildə onu araşdırmadan işə götürüblər. Belə bir adamın təbii ki, məsuliyyəti olmur. İnsan nə zaman məsuliyyətli olur? Həbs olunmaqdan qorxduğu zaman. Artıq bu insanların həbsxanadan çıxdıqdan sonra psixoloji duyğusu olmur.

Avtonəqliyyat vasitələrinin sürücüləri ilə bağlı belə bir tələb var ki, bu tələblərdə bir çox məqamlar mövcddur. Bu bəndlərin içərisində vətəndaşların ağır cinayəti törətməsi məsələsi qeyd olunmayıb. Hansı ki onların narkoloji testdən, alkoqol içki qəbul edib-etmədikləri aydınlaşır. Amma təəssüf ki, onların məhkum olub-olmaması kimi vacib məsələ aydınlaşmır. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydaları var, burada bütün məsələlər göstərilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydadır. Sığortadan tutmuş fərdi nəqliyyat hüququnu istifadə etmək üçün tələb olunan bütün şərtlər öz əksini tapıb. Təəssüflər olsun ki, orada məhkumluq haqqında, cinayət törətmə haqqında heç bir qayda yoxdur.

Məsələn, "Bolt" vətəndaşlardan işə götürdüyü zaman məhkumluğun olub-olmaması haqqında arayış tələb edir. Amma bu da fikrimcə, formaldır. Təbii ki, kiminsə haqqında böhtan xarakterli fikir söyləmək məsuliyyət yaradır. Amma iddia olunur ki, tez-tez taksi sürücülərini narkoloji testdən keçirsələr, baxarlar ki, əksəriyyəti narkotik maddə qəbul edir ya yox. Bununla bağlı məndə hər hansı fakt yoxdur. Amma mən onu deyə bilərəm ki, şəhərdə baş verən qəza hadisələri göstərir ki, bu maşını ağlı başında olan insan belə idarə edə bilməz. Təbii ki, bu hansısa uyuşdurucu maddənin təsiri altında ola bilər. Bu baxımdan düşünürəm ki, ağır cinayətlər törətmiş şəxslərin Azərbaycanda da sərnişin daşıması qadağan olunmalıdır. Yəni həm avtobus, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıması qadağan edilsin".

Səbuhi Axundov: "İslah olunmuş şəxs təzədən cəmiyyətə adaptasiya olunması üçün reabilitasiyadan keçməlidir"

Vəkil Səbuhi Axundov da mövzu ilə bağlı fikirlərini açıqladı: "Bizdə qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Əslində islah olunmuş şəxsin yenidən cəmiyyətə adaptasiya olunması üçün o mütləq reabilitasiyadan keçməlidir. Onları sağlamlaşdırmaq üçün dövlətin proqramları olmalıdır ki, məhkum yenidən sağlam həyata qayıtsın. Cəmiyyətdə fikir ayrılığı var. Çox iş yerləri əvvəl məhkumluğu olub deyə qəbul etmir. Ümumiyyətlə, qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Bu faktın özü elə bir pozuntudur. İnsan hüquqlarına ziddir. Şəxsin əvvəllər məhkumluğu olubsa, sonradan cəmiyyətə qayıdandan sonra ona göstərilən bu münasibət təkrar cinayətə əl atmasına səbəb olur. Bu, bizim yaralı yerimizdir. Hər zaman demişəm, həbsxanalar da islah etmir, oradan qayıdandan sonra da cəmiyyətə adaptasiya oluna bilmirlər. Cəmiyyət də hazır deyil ki, bu prosesdə ona kömək olsun. Putin hüquqdan kənar nə qədər qərar varsa, hamısını qəbul edir. Cəmiyyətin sivil olaraq qəbul edilmiş normaları orada keçmir. Real hadisələri də hər kəs görür, deməyə ehtiyac yoxdur. Məhkumluq keçmiş şəxs digərlərin fərqlənmir. Amma məhkumlar həbsdən çıxandan sonra heç bir reabilitasiyadan keçmir, problem budur. Əksinə bir müddət sonra yenidən cinayət törədib, həbsxanaya qayıdır. Bu da onunla bağlıdır ki, onlar sosial təminatlarını həyata keçirə bilmirlər və məcburdurlar təzədən oğurluq etsinlər. Bizim cəmiyyətdə belə bir fikir var ki, adam oğurluq edibsə, deməli həmişə oğrudur. Artıq əli əyri damğası var".

Vəkil son dövrlər sürücülərin anormal hərəkətləri və bununla bağlı yaranan narazılıqlara da fikir bildirdi: "Heç kim anadan cinayətkar doğulmur. Cəmiyyət olaraq onu yetişdiririk, o aqressiyanı biz ona doldururuq. Sonda da o aqressiyanı qaytarırlar. Bunlar bir az psixoloji olaraq sosial durumla bağlı olan məsələdir. Yəqin ki, kimlyindən asılı olmayaraq psixoloji gərginlik yarananda hərəkətlərinə idarə etməyəcək vəziyyətə gətirib çıxaran hallar olur. Bu ən ağıllı adam da ola bilər. Hakim də, vəkil də cinayətkar ola bilir. Söhbət davranış qaydalarından doğan münasibətlərdən gedir. Bunun nə vəzifəyə, nə də keçmişə dəxli var"./Yeni Müsavat


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1544   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 559
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 222
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 257
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 232
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 291
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 687
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 520
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 499
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1617
.