Azərbaycanda uşaqlar arasında suçiçəyi niyə artıb?
Dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir.
Hava-damcı yolu ilə insanlara bulaşan bu xəstəlik əsasən uşaq infeksion xəstəliklərinə daxildir və demək olar ki, uşaqlıqda yolxumayan böyüklər də bu virusa yoluxur. Elə son bir neçə gündür ki, ölkədə kiçikdən-böyüyə əksər şəxsin "suçiçəyi" xəstəliyinə yoluxması halı müşahidə olunur.
Medicina.az xəbər verir ki, infeksionist Rəna Quliyeva Bizim.Media-ya son günlərdə "suçiçəyi" xəstəliyinə yoluxmaların olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, bu hal daha çox bağçaya, məktəbə gedən azyaşlı uşaqlarda görülür:
"Xəstəliyin əsas mənbəyi su çiçəyi ilə xəstələnmiş insanlardır. İnsan xəstəliyin səpgi dövrü başlanmazdan bir neçə gün əvvəl və başladığından sonrakı 5-7 gün ərzində yoluxdurucu olur.
Bu dövrdə viruslar hava-damcı yolu ilə digərlərinə keçir. Xəstəliyə ən çax kollektiv yoluxma xarakterikdir. Bu səbəbdən də təhsil müəssisələrində, idman kollektivlərində, gənclər çalışan kollektiv iş yerlərində və hərbi qulluqçular arasında xəstəliyə yoluxmalar qeyd olunur.
Adətən uşaqlar xəstəliyi yüngül keçirirlər. Yetkinlik yaşından sonra insanlar bu xəstəliyi kifayət dərəcədə ağır və xoşagəlməz fəsadlarla keçirirlər.
Xəstəliyin inkubasiya dövrü 10-21 gündür. Xəstəlik əsasən tam sağlam fonda bədən hərarətinin yüksəlməsi ilə başlayır. 1-3 gün hərarətli dövr səpgilərin meydana gəlməsi ilə nəticələnir".
Su çiçəyinə yoluxmuş şəxslərin müalicə prosesi necə aparılır?
"Müalicə yataq-ev rejimi, qıcıqlanıdırıcı və şirin tamlı ərzaq məhsullarının rasiondan çıxarılması və bol mayenin əlavə edilməsini tələb edən pəhriz, eyni zamanda simptomatik preparatların köməyi ilə aparılır. Suçiçəyinin "əsas" müalicə üsulu yaşlı insanlara çoxdan bəllidir. Bu insanların "zelyonka" adı ilə tanıdıqları briliyant abısıdır. Bu müalicə üsulunun mahiyyəti səhər və axşam səpgilərin brilyant abısı ilə işlənməsidir.
Xəstəlik zamanı dəri qaşınmaları olur ki, nəticədə səpgilər infeksiyalaşa və ya sonda yerində xoşagəlməz izlər qoya bilir. Bunların qarşısını almaq üçün uşaqları qaşınmadan yayındırmaq, dırnaqlarını tez-tez tutmaq, yataq dəstlərini hər gün dəyişdirmək, eləcə də xəstə qalan otağı normal temperaturda saxlamaqla tərləməsinin qarşısı alınmalıdır", - deyə infeksionist qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1711 Tarix: 09 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
19:20 0 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
21:15 0 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
17:30 0 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
20:00 0 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0