Xuraman Şuşalı ac qaldığı günlərdən danışıb: "Deyəcəklər ki, ağzı isti yerdədir..."
"Hər bir insanın kasıb olduğu, aclıq çəkdiyi bir dönəm olur, amma inanın ki, onun qarşılığında o qədər gözəl günlər olur ki... O çətinliyi mən də keçmişəm".
Bu sözləri Yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib.
Maddi problemlərdən, insanların çətinliyindən danışan sənətçi qeyd edib ki, bizlər bu dünyada yaşayırıq və həyatımızda müxtəlif problemlər, müşküllər, çətinliklərlə üzləşirik. Əsas olan bu problemlər zamanı ümidsizliyə qapılmamaqdır:
"Allah heç bir bəndəsini ac qoymur. Keçən dəfə həyat yoldaşım rayondan gələndə bir hadisə yaşanıb. İşçi heyətlə Cəbrayıla çəkilişə gediblər. Çəkiliş alınmayıb, geri qayıdırlarmış. Özləri ilə yolda yeməyə kolbasa, çörək götürüblərmiş. Qayıdanda çəkiliş qrupunda olanlardan biri yolda düzəngahlıq bir yerdə deyib ki, "Burada saxlayın siqaret çəkək". Digərləri etiraz edib ki, sürücünü bu düzəngahlıqda saxlatmayaq, gedək kafelər olan bir yerdə saxlayarıq, hamımız düşərik, amma o razı olmayıb. Maşını saxlayıblar, hamısı birlikdə siqaret çəkməyə düşüblər. Həmin anda onlara tərəf gələn iki balaca küçük görüblər. Baxıblar ki, küçüklər təkdir, anaları yoxdur. Ola bilər ki, yolda maşın vurub, yaxud başına nə isə gəlib ölüb, küçüklər tək qalıb. Heyvanlar çox ac imişlər. Yoldaşımgil maşında qalan bütün ərzaqları onlara veriblər. Görün, Allah həmin anda onları o düzəngahlığa yetirib, həmin itlərin qarnını doyurub. Birinci dedim ki, gərək özünüzlə götürüb gətirərdiniz. Sonra düşündüm ki, sizi orada saxlatdıran Allah, başqa birini də orada saxlatdıracaq, onlar ya itləri özləri ilə götürəcək, ya da yenə yemək yetirəcək. Allah böyükdür, yaratdığı heç bir canlını ac saxlamır. Bu gün hər hansı problem yaşayanda gərək bunu fikirləşək. Heç nədən bədgüman, ümidsiz olmayaq. Hər maddi problemdə bunu yada salaq. Hər bir insanın kasıb olduğu, aclıq çəkdiyi bir dönəm olur, amma inanın ki, onun qarşılığında o qədər gözəl günlər olur ki... O çətinliyi mən də keçmişəm deyə bilirəm. Bəlkə də bunu oxuyan şəxslər deyəcək ki, "Əşi, Xuramanın ağzı isti yerdədir, belə danışır". Amma xeyr! Mənim də ac olan günüm olub. Hazırda o vəziyyətdə olanlara ümid vermək istəyirəm, bilsinlər ki, Allah böyükdür və qarşıda gözəl günlər var. Çalışaq ki, bacardığımız qədər bölüşək, yardımlaşaq".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur aparıcının həkim həyat yoldaşı DÜNYASINI DƏYİŞDİ - FOTO
Türkiyədə tanınmış televiziya və xəbər aparıcısı Erhan Çelikin həyat yoldaşı, mama-ginekoloq Özlem Gültekin vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, kədərli xəbər Gültekinin təsis etdiyi klinikanın sosial media hesabında paylaşılaraq ictimaiyyətə çatdırılıb. Paylaşımda bildirilib ki, minlərl
16.08.2026 298 Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı
Müğənni İbrahim Borçalı qızı Aysu atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, övladı ifaçı ilə çəkdirdiyi şəkilləri sosial media hesabında paylaşıb. Qeyd edək ki, İ.Borçalı bir neçə il əvvəl oğlunu itirib. Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. İfaçının iki övladı var id
10:39 159 Güclü yağış yağdı, konserti təxirə salındı
Amerikalı reper Kanye Uestin Almatıda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb. Axşam.az xəbər verir ki, sənətçinin avqustun 14-də Mərkəzi Stadionda baş tutmalı olan konserti əlverişsiz hava şəraiti səbəbindən avqustun 15-nə keçirilib. Bu barədə Kanye Uest sosial şəbəkədəki "X" hesabınd
15.08.2026 201 Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar
Xalq artisti Nəzakət Teymurova qızı və tanınmış aparıcı Ceyran Rəhimova ilə birlikdə Yunanıstana gedib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Santorinidə dincəldikləri anlara dair fotolar paylaşan xanəndə "Tarixi yerləri görməyə dəyər"
13.08.2026 433 Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar
Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz
17.08.2026 500 Hande Londona gedir - Sevgilisi dəstək olub
Türkiyəli aktrisa Hande Erçelin yeni planı bəlli olub. Axşam.az xəbər verir ki, aktrisanın hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçün avqustun sonunda Londona gedəcəyi iddia edilib. Bildirilir ki, Hande İngilis dili dərsləri ilə yanaşı, hekayə yazarlığı və ssenari təhsili də alacaq
15.08.2026 267 Salma Hayek nənə oldu - Fotolar
59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası
14.08.2026 459 "Gedənlər qayıtmır"
Aktrisa Zümrüd Qasımova sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa paylaşımında "Gedənlər qayıtmır. Geridə həsrət, boşluq qalır" deyə, yazıb. Qeyd edək ki, bir müddət əvvəl Zümrüdün bacısının həyat yoldaşı dünyasını dəyişib
09.08.2026 377 Azərbaycanlı müğənni küçədə döyüldü
Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:. "İki nəfə
15.08.2026 404