"Avroviziya"ya kişi müğənnilərin getməsinin tərəfdarıyam"
"Bir iştirakçını peşəkarlar seçibsə, o, müzakirə olunmur. İstedadlı gəncdir. Onun tərbiyəsini çox bəyənirəm. Bir insan iddialıdırsa, o, nailiyyət əldə etməyəcək. Düşünməlidir ki, nəsə etməliyəm. Tam arxayın olmamlısan ki, hər şey etdim. İnsan deməlidir ki, mən orada göstərəcəyimi hələ heç kim görməyib. Bizim təmsilçimiz məsuliyyətlidir. O, orada bacardığından artığını göstərəcək".
Axşam.az xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Avroviziya" təmsilçimiz Nadir Rüstəmli haqda deyib. Bəstəkar bildirib ki, Nadirin istedadına və uğurlu seçim olmasına inanır:
"Hər kəsdən xahiş edirəm ki, o böyük səhnədə Azərbaycanı təmsil edən şəxsdən yer tələb etməyin. Əsas yadda qalmaqdır. Samir Cavadzadə ilə Elnur Hüseynov hələ də yaddaşlardadır. O səhnəyə çıxan iştirakçı artıq qalibdir".
Bəstəkar iştirakçının tənqid edilməsinə də münasibət bildirib:
"Azərbaycanın daxilində sağlam rəqabətə tam açığıq. Bəzən əsəbilik olar, çərçivələri keçərik. Buna icazə verə bilərik. Amma sərhəddən bir addım keçən kimi biz şəxsiyyətin, fərdin müzakirəsinə keçmək düzgün deyil. Bunu başqa ölkə etmir. Bizim hər birimiz o ifaçıdır. Orada heç nə edə bilmirik. İfaçı 1 dəqiqə vaxt tapsa, girəcək sosial şəbəkəyə ki, görsün nə yazılır onun haqqında. O, insandan necə iddia ilə nəsə tələb edə bilərik? Ciddi sistemdir, burada necə proqramlaşır, ondan kənara çıxa bilməzsən".
G.Həsənzadə son illər Azərbaycan təmsilçilərinin "Avroviziya" da yaxşı yer tutmamasına toxunub:
"Əgər biz əmin deyiliksə, dünyada baş verən hadisə, Avropa tamaşaçısının zövqünü tuta bilmirik, orada yaddaqalan nömrə çıxartmalıyıq".
Bəstəkar aparıcı Tural Əsədovun "Avroviziya" üçün kimi namizəd görürsünüz: Tünzalə Ağayeva, Manana Çaparidze, yoxsa Samirə ƏliMəryəm" sualına "Hər zaman "Avroviziya"ya kişi müğənninin getməsinin tərəfdarıyam. Peşəkarlar master-klass göstərir. İstəyərəm ki, peşəkarlar hansısa yubiley tədbirinə getsin, səsvermədə olmasın. Mən peşəkarların "Avroviziya"da çıxışının tərəfdarı deyiləm. Gənclər getsin bu müsabiqəyə" cavabını verib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKoronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207