"Peşmanam, gərək iş adamına qaçıb qəşəng arvad olardım"

"Peşmanam, gərək iş adamına qaçıb qəşəng arvad olardım""37 yaşında olarkən tanınmış iş adamı məni qaçırtmaq istəyib. Peşmanam, gərək gedərdim. İndi gəşəng arvad olub, oturmuşdum. Uşağım da böyük idi. Bunu biləndə restoranın arxa qapısından qaçdım".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Həmin Zaur" proqramında deyib. Xanəndə şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:

"11 yaşından toylarda oxumuşam, zəhmətlə məşğul olmuşam. Qazandığım pulları isə atamdan gizlədirdim. Atam yaxşı maaşı olan işdə çalışırdı. Atam anama pul vermirdi. Anamında müəyyən ehtiyacları var idi. Qızları böyümüşdü, ailə qurub, köçməli idilər. Bizdə axı rayonda o zamanlar yun, döşəklər sırılırdı. Mən də toydan qazandığım pulları anama verirdim.

O da yun alırdı. Uşaq vaxtı biz Şəkidə 8 nəfər bir otaqlı evdə yaşayırdıq. Anamın əziyyətini gördüm, Allah da mənə səs vermişdi, getdim toylara. 14 yaşımda sütünlu 3 otaqlı ev tikdirdim".

Ayrıldığı həyat yoldaşından bəhs edən Xasıyeva övladı Kazım üçün aliment almadığını söyləyib:

"Allah onu da, məni də xoşbəxt etsin. Bir övladımız var. Aramızda hər nə olubsa da, Kazımın günahı yoxdur. Allah şeytana lənət etsin. Kim istəyər ailəsi dağılsın? Özünə də demişəm, bir-birimizə halallıq vermişik, yolumuz açıq olsun".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1661   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımova məzunlarla bir arada - Geyimi gündəm oldu

Xalq artisti Aygün Kazımova ötən gün məzun gecəsində iştirak edib. Axşam.az-ın məlumatına görə, məzunlar üçün səhnəyə çıxan Pop kraliçasının çıxışı maraqlı anlarla yadda qalıb. Kazımovanın çəhrayı, "Barbie" üslubunda seçdiyi geyim sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müğənninin istifad

13.06.2026 425
.

Alla Puqaçova məhkəmədə qalib gəldi

Rusiyada Moskvanın Presnensk rayon məhkəməsi Federal Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Layihəsinin (FPBK) rəhbəri Vitali Borodinin müğənni Alla Puqaçovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiasını tam şəkildə rədd edib. -ın məlumatına görə, bu barədə müğənninin maraqların

07.06.2026 249
.

Əməkdar artist: "Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü"

Əməkdar artist Nigar Şabanova dostları ilə bağlı qalmaqallı açıqlamalar verib. BİG.AZ -a istinadən bildirir ki, müğənni bu barədə "Öz aramızda" verilişində danışıb. O bildirib ki, həyatının ən çətin dövrlərində etibar etdiyi insanlar tərəfindən xəyanətlə üzləşib:. "Mənim ən ağır günlərimd

13.06.2026 244
.

Gizli eşq "Taşacak bu deniz"in aktrisasına baha başa gəldi

"Taşacak bu deniz" serialının aktrisası Zeynep Atılqan özəl həyatına görə tənqid atəşinə tuş gəlməkdə davam edir. Axşam.az xəbər verir ki, aktrisa sözügedən serialda aktyor Ali Önerlə onun nişanlı olduğu müddətdə münasibətə başlaması izləyicilər tərəfindən bağışlanmayıb. Münasibətləri ifş

14.06.2026 486
.

Aygünlə Namiqin ELƏ GÖRÜNTÜSÜ YAYILDI Kİ... - VİDEO

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunın bir məclisdə lentə alınan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, duet ortaqları tədbirlərdən birində eyni səhnəni bölüşüblər. İkilinin səmimi ünsiyyəti və birlikdə nümayiş etdirdikləri rəqs performansı tədbir iştirakçılarını

13.06.2026 808
.

Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO

Müğənni Şəbnəm Tovuzlu çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşib. xəbər verir ki, səhnəyə azyaşlı qızın çıxaraq rəqs etmək istəməsi sənətçinin diqqətini çəkib. Şəbnəm Tovuzlu təhlükəsizlik baxımından buna etiraz edərək səhnədə müxtəlif texniki avadanlıqların və elektrik qurğularının olduğunu, uşağı

13.06.2026 271
.

Beren Saatla Kenan Doğulu saxlanıldı

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində daha 22 məşhur saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, onların arasında Kenan Doğulu və həyat yoldaşı Beren Saat, Enis Arıkan, Kerimcan Durmaz, həmçinin Berdan Mardini var. Qeyd edə

11.06.2026 423
.

HEÇ KİM BUNU GÖZLƏMİRDİ: Aygün Kazımova meyxana deyərkən... - VİDEO

Xalq artisti Aygün Kazımovanin illər əvvəl çəkilmiş görüntüləri sosial şəbəkələrdə yenidən maraq doğurub. xəbər verir ki, söhbət pop divanın vaxtilə qonaq olduğu "Ay ev yiyəsi" verilişindən gedir. Həmin kadrlarda Aygün Kazımovanın kənd sakinlərindən biri ilə meyxana deməsi diqqət çəkib. Sənətçini

13.06.2026 650
.

Vəfatından 24 gün sonra atası da dünyasını dəyişdi

Mərhum türkiyəli aktyor Alp Balkanın atası Mustafa Balkan dünyasını dəyişib. Axşam.az xəbər verir ki, oğlunun itkisinə dözə bilməyən M.Balkan övladının vəfatından 24 gün sonra vəfat edib. Qeyd edək ki, A.Balkan "Mahallenin muhtarları" serialında canlandırdığı "Bahadır" obrazı il

07.06.2026 481
.

TOP MP3