Prezident təqaüdçüsü qazandığı uğurdan DANIŞDI: "Səhvə yol verdim" - FOTO
2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.
Qeyd edək ki, bu tələbələr 250 manat Prezident təqaüdü alırlar.
Prezident təqaüdünə layiq görülmüş I kurs tələbəsi Baxşəliyev Eldar Bakı şəhəri Elçin Şəmiyev adına 149 nömrəli məktəbin məzunudur. O, qəbul imtahanları zamanı 679.8 bal toplayıb. Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə ali təhsil alır.
Eldar həyatındakı uğura gedən yol haqqında Modern.az-a danışan Eldar həkim olmaq istəməsinin səbəbindən danışıb:
"Düşünürəm ki, Allahın insanlara bəxş etdiyi həyatı insanın gözəl yaşaması üçün səhhətinin sağlam olması lazımdır. Məhz bu sağlamlığın qorunmasında həkimlərin rolu böyükdür. Bu səbəbdən bu peşəni seçmişəm".
Eldar dünyada əldə olunan müasir tibbi nailiyyətləri Azərbaycana gətirməyin əsas hədəflərindən olduğunu qeyd edib.
O, qəbul imtahanı zamanı hədəfinin 700 bal toplamaq olduğunu bildirib:
"Riyaziyyat, Fizika və İngilis dili fənlərindən bütün suallara doğru cavab verərək maksimal bal toplamışdım. Qalan 3 fənnin hər birindən sadə səhvlərə yol verdiyim üçün, təəssüf ki, istədiyim nəticəni ala bilmədim".
Xaricdə təhsillə bağlı sualı isə bakalavr təhsilini Azərbaycanda alacağını qeyd edərək cavablandırıb:
"Rezidentura təhsilimi isə xaricdə davam etdirmək istəyirəm. Bu mənə digər ölkələrdəki tibbi-təcrübi biliklərə də yiyələnməyə imkan yaradacaq".
Eldar özünü həkim-cərrah olaraq gördüyünü deyib.
O, son olaraq imtahanda uğur qazanmaq üçün şagirdlərin zamanı düzgün bölüşdürməli olduğlarını vurğulayıb:
"Seçdiyi ixtisasın tələb etdiyi fənləri əzbərçiliklə deyil, mənimsəməklə öyrənməlidir. Yuxu və qidalanma rejiminə ciddi əməl etməklə yanaşı istirahətinə də vaxt ayırmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1109 Tarix: 23 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109