Qaçqınlara yardım üçün Nobel medalını satır
Moskvada çıxan müstəqil "Novaya gazeta"nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını hərraca çıxarır. O, Rusiyanın səbəbsiz müharibəsinə görə ölkəsindən qaçmalı olan ukraynalı qaçqınlara kömək üçün pul yığacaq.
BiG.AZ Milli.az-a istinadən xəbər verir ki, Muratov Nobel Sülh Mükafatına 2021-ci ildə, jurnalist kimi həqiqəti aşkarlamaq uğrunda mübarizəsinə görə layiq görülüb.
O, martın 22-də qəzetində yazıb ki, bu addımı müharibənin milyonlarla ukraynalını didərgin saldığı məqamdan atır.
Muratov mükafata Filippin hökumətini tənqid edən Rappler xəbər vebsaytının həmtəsisçisi Mariya Ressa ilə birlikdə layiq görülüb.
"Novaya gazeta" baş redaktoru ilə birlikdə Ukraynada beş addımın "təcili" icrasına çağırır - atəşkəs, hərbi əsirlərin dəyişdirilməsi, meyitlərin repatriasiyası, humanitar dəhlizlərin yaradılması və qaçqınlara yardım.
Fevralın 24-də müharibə başlayandan onminlərlə Rusiya əsgəri Ukraynaya girib, ölkənin ayrı-ayrı yerləri intensiv raket zərbələrinə məruz qalır, küçə döyüşləri gedir.
Martın əvvəlindən Muratovun qəzeti senzuraya görə Ukraynada baş verənləri işıqlandırmır. Çünki hökumətin kursunu dəstəkləməyən jurnalistləri kriminal təqib gözləyir.
Mediaya nəzarət orqanı "Roskomnadzor" Rusiyanın Ukraynada törətdiklərini işğal, yaxud müharibə adlandırmağı qadağan edib, "xüsusi hərbi əməliyyat" ifadəsini işlədir.
Prezident Vladimir Putinin martın 5-də imzaladığı qanunda bu qaydanı pozanlar şəxslər üçün 10 ilədək həbs nəzərdə tutulub. Rusiya ordusu haqda "bilərəkdən saxta informasiya" yaymağa görə 15 ilədək həbs gözlənir.
Muratovun açıqlamasından bir neçə saat öncə Rusiyanın VKontakte sosial media şəbəkəsi müxalifətçi Aleksey Navalnı, Moskva bələdiyyəsinin müxalifətdən olan üzvü İlya Yaşinin, Navalnının komandasının Ukraynadakı müharibə haqda postlarını bloklayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 931 Tarix: 23 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109