Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLAR

Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLAR"Dünya gözəli - 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi ikinci və üçüncü yerləri tutan ABŞ təmsilçiləri Şri Seyni və Kot-d'İvuardan olan Oliviya Yaseni geridə qoyan polşalı 22 yaşlı Karolina Belyavska oldu.

BiG.AZ Lent.az-a istinadla dünyanın əsas gözəlinin həyatı haqqında təfərrüatları təqdim edir.

Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLARMərasim Puerto-Rikanın San-Xuan şəhərində və yalnız ikinci cəhddə baş tutub. Hamı bunun 2021-ci ilin dekabrında baş verəcəyini gözləyirdi, lakin COVID-19 planlara mane olmuşdu.

Finala bir neçə saat qalmış 23 iştirakçıda və yarışın 15 əməkdaşında infeksiya aşkarlanmışdı. Bu səbəbdən müsabiqə üç ay təxirə salındı.

Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLAR"Dünya gözəli- 2021"in qalibi Karolina Belyavska deyir ki, səhnədən adımı eşidəndə şoka düşüb: "Hələ də inana bilmirəm". Onun sözlərinə görə, dünyanın əsas gözəlinin tacını taxmaq böyük şərəfdir.

14 yaşında Karolina Belyavska "Elite Model Look" müsabiqəsində ikinci yeri tutub və o vaxtdan model kimi çalışır, foto və moda nümayişlərində iştirak edir.

"Bu təcrübə mənə əzm, səbir və zəhmət öyrətdi", - o deyir. - Bunlar mənim çətin moda dünyasında ilk addımlarım idi".

Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLAR"Dünya gözəli" titulunun yeni sahibi universitetdə Menecment ixtisası üzrə təhsil alır. O, diplomunu aldıqdan sonra aspiranturaya getmək niyyətindədir.

Karolina Belyavska üzməyi, tennis və badminton oynamağı, dalğıc ilə üzməyi sevir.

"İdman ilə məşğul olmaq etika, məsuliyyət, nizam-intizam, özünə inam və başqalarına güvən hissi aşılayır", - o belə hesab edir.

Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLARBoş vaxtlarında gözəllik kraliçası evsizlərə kömək edir. O, doğma şəhəri Lodzda fəaliyyət göstərən Zupa Na Pietrynie ("Petrində şorba") xeyriyyə layihəsinin yaradıcısıdır. Hər bazar günü onun iştirakçıları damı olmayan insanlara isti yemək, paltar və tibbi maska paylayırlar. Bundan əlavə, onlara hüquqi və tibbi yardım göstərirlər.

"Fiziki gözəllik keçicidir. Bu gün var, sabah yox. Bizim başqalarına necə davrandığımız heç bir yerə getmir. Bu heç kimin bizdən ala bilməyəcəyi gözəllikdir", - Karlona Belyavska deyir.

Karolina Belyavska anasını həyatda əsas ilham mənbəyi hesab edir.

Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLAR"Heç kim məni onun qədər motivasiya etmir və mən istənilən vəziyyətdə ona arxalana bilərəm", - qız deyir. - O, mənə həqiqətən vacib olanı göstərir və mən hər gün ondan yeni bir şey öyrənirəm".

Yeni "Dünya gözəli" səyahət etmək həvəskarıdır. O, dünyanın yarısını gəzib və deyir ki, Yeni Zelandiya, Avstraliya, Fransa, Kanada, Vyetnam, İrlandiya və İslandiyaya səyahətləri yaddaşında xüsusi iz buraxıb.

"Hans Xristian Andersen deyib ki, səyahət yaşamaqdır və mən onu mükəmməl başa düşürəm", - Karolina Belyavska deyir.

Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır? - FOTOLARKarolina Belyavska özünə inamın gözəllikdən daha vacib olduğuna inanır.

"Diplomun, biliyin, təcrübənin, gözəlliyin, pulun və əlaqələrin ola bilər, ancaq özünüzə inamınız yoxdursa, məqsədinizə çata bilməyəcəksiniz. Çünki siz özünüzə inanmasanız, insanlar sizə inanmayacaq. Özünə inam cazibədarlığın təməlidir", - Karolina belə düşünür.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2875   Tarix: 21 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 319
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 242
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 250
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 180
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 435
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 465
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 421
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 461
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 430
.