Azərbaycanda futbolçu nəsli kəsilir? - Mütəxəssislərin narahatlığı

Azərbaycanda futbolçu nəsli kəsilir? - Mütəxəssislərin narahatlığıUşaq futbolundakı problemlər Azərbaycan futbolunun hər zaman yaralı yeri olub. Oyunçu çatışmazlığı hələ də milli komandalarımız, klublarımız üçün ciddi maneələr yaradır.

Bir neçə gün öncə isə "Zirə"nin baş məşqçisi, Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov uşaq futbolundakı problemlər, yetəri qədər oyunçu yetişməməsi mövzusu ilə bağlı narahatlığını dilə gətirib. Gənc mütəxəssis İTV-də yayımlanan "Bol idman" proqramında bildirib ki, Azərbaycanda futbolçu nəsli kəsilir, böhran aradan qaldırılmayacağı təqdirdə qarşıdakı 6-7 il ərzində klublarımız və yığmalarımız daha da çətin vəziyyətlə üzləşəcəklər:

"Elə yaş qruplarımız var ki, adlarını çəkmək istəmirəm. Gedib kənardan baxır və fikirləşirsən ki, 6-7 ildən sonra bizi nə gözləyir? 6-7 il sonra nə edəcəyik? Bunlar qarşılıqlı müzakirəyə çıxarılmalıdır. Bu sahədə daha savadlı ekspertlərimiz kimdirsə, onlarla müzakirə olunmalıdır.

Lazımdırsa, beynəlxalq mütəxəssislər dəvət olunmalı, bir çıxış yolu tapılmalıdır. Bu gün gedən proseslər göstərir ki, bu, çıxış yolu deyil. Bizim futbolçu nəslimiz kəsilir. 2017-ci ilin dekabrında İtaliyada "Roma"nın U-19 komandasına qarşı UEFA Gənclər Liqasının son tur oyunundan sonra açıqlamamda söyləmişdim ki, bəzi mövqelərdə futbolçu nəslimiz kəsilir. Müxtəlif mövqelər var ki, artıq ora futbolçu gəlmir. Bəzi milliləşmiş oyunçuların, "Qarabağ", "Neftçi" və "Qəbələ"nin yetirmələrinin hesabına bu gün millimizdə müəyyən 15-20 futbolçu var. Yaxşı ki, onlar son dönəmlərdə ortaya çıxıb. Amma geri boylananda görürsən ki, 6-7 ilə çox ciddi futbolçu qıtlığımız olacaq, 4-5 ötürməni ardıcıl verə bilməyən futbolçularla meydana çıxacağıq. Bu səbəbdən, nələrsə etmək lazımdır".

Qol.az məsələyə münasibət bildirilməsi üçün futbol mütəxəssisləri ilə əlaqə saxlayıb.

"Demişdim ki, San-Marinonu udmaq da bizim üçün çətin olacaq"

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Rəşad Sadıqovun fikirləri ilə razılaşdığını və klublarımızın uşaq futboluna kifayət qədər diqqət ayırmadığını bildirib:

"Azərbaycanda uşaq futbolu doğrudan da acınacaqlı vəziyyətdədir. Mən bunu 2018-ci ildə də bildirmişdim. Həmin vaxt U-19 millimizin oyunları üçün Çexiyaya yollanmışdıq. Biz yalnız San-Marinoya qalib gələ bilmişdik. Amma Norveçə məğlub olmuşduq. Orada bir jurnalist sual vermişdi ki, necə oldu ki, yalnız San-Marinonu uda bildik. Mən də ona cavab vermişdim ki, bir neçə ildən sonra San-Marinoya qalib gəlmək belə bizim üçün çətin olacaq. Elə çox vaxt keçmədi, bizim milli komandamız Lixtenşteyn yığmasına uduzdu. Belə şeylər uşaq futbolundakı problemlərdən, oyunçu çatışmazlığından qaynaqlanır. Onun da kökündə klubların futbol akademiyalarının yaxşı işləməməsi dayanır. Aşağı yaş qruplarına heç bir maliyyə ayrılmır. Klublarımız aşağı yaş qruplarını ona görə təsis edib ki, bu, UEFA-nın lisenziya üçün tələbidir. Hər klubda 6-7 aşağı yaş qrupunda komandalar var. İnanın ki, UEFA bu şərtləri aradan qaldırsa, klublarımız həmin komandaların çoxunu ləğv edər. Sadəcə lisenziya almaq, Avropada oynaya bilmək üçün həmin komandalar fəaliyyətini davam etdirmək məcburiyyətindədirlər. Bir neçə il əvvəl yaşanmış vəziyyəti misal gətirim. Prezident İlham Əliyevin sərəncamı ilə 10 ili əhatə edən Futbolun İnkişafına dair Dövlət Proqramı qəbul edilmişdi. Xeyli vəsait ayrılmışdı. Bəs, nə qədər pul uşaq futboluna xərclənib? Yenə böyük məbləğlər ayrıldı, futbolçular alındı. Həmin vaxt cəmi 2 yaxşı addım atıldı. Bunlardan biri "Bakı" Futbol Akademiyasının yaradılması, digəri isə "Qəbələ" Futbol Akademiyasının təsis edilməsi idi. Artıq onların biri – "Bakı" yoxdur.

"Qəbələ"nin məktəbindən danışsaq, deyə bilərəm ki, akademiya yalnız 10-15 faiz göstəricisi nisbətində nəticə verə bilir. Məsələn, akademiyada 700 oyunçu olurdusa, ancaq 30-40 futbolçu oynamağa davam edirdi. Yəni, akademiya tam gücü ilə işləmir. Yaxşı futbolçular klublarımızın akademiyalarında yetişməlidir. Bunun üçün onlar uşaqların qidasına, istirahətinə, təhsilinə, gündəlik 2 dəfə məşqinə diqqət etməlidirlər. Belə amillər düzgün yerinə yetiriləndə keyfiyyətli oyunçu da yetişir. Mən Rəşad Sadıqovun fikirləri ilə tam razıyam. Azərbaycan futbolunda böhran artıq çoxdan başlayıb. Bizim ən yaxşı klubumuz "Qarabağ"dır. Bəs, komandanın hansı yetirməsi heyətdə oynayır? Düzdür, yavaş-yavaş oyunçu yetişdirirlər. Amma kifayət qədər deyil. Guya hansı klubumuz uşaq futboluna tam diqqət ayırır. Legioner limiti olsa belə, yerli futbolçunu başqa komandadan transfer edirlər. Sırf hər şeyi məşqçilərin üzərinə atmaq da düz deyil.

Keyfiyyətli futbolçu yetişdirmək üçün şərait olmalıdır. Biz həmişə bunu AFFA-nın Məşqçilər Komitəsində müzakirə edirik. Azərbaycanın U-14 çempionatında əvvəllər 83 komanda iştirak edirdi. Çünki AFFA həmin komandaların yol xərclərini qarşılayırdı ki, oyunlara gedib-gələ bilsinlər. Amma bu kömək aradan qaldırılandan sonra artıq həmin komandalar U-15-ə keçid edəndə 70 komanda birdən-birə yoxa çıxdı. Cəmi 13 komanda mübarizə apardı. Deməli, orta hesabla təxminən 1400-1500 futbolçu yox oldu. Problemlər həddindən artıq böyükdür. Məsələ ilə bağlı ciddi müzakirələr lazımdır. Uşaq futboluna diqqət olduqca azdır. Biz niyə futbolçu yetişdirməyək? Klublarımız niyə öz aşağı yaş qruplarından əsas heyət üçün oyunçu əldə etməsin? Hər bir klubumuz maliyyəsini əsas komandaya ayırır. Amma aşağı yaş qruplarından ibarət komandalar diqqətdən kənarda qalır".

"Hücumçular yetişir, amma klublarımız legionerlərə üstünlük verir"

"Sumqayıt"ın sabiq baş məşqçisi, bir vaxtlar "Qarabağ"da aşağı yaş qrupu üzrə komandanın da baş məşqçisi olmuş Ayxan Abbasov isə hazırda hücum və qapıçı mövqeyində kifayət qədər yaxşı oyunçuların yetişmədiyini və onlara kömək edilmədiyini vurğulayıb:

"Uşaq futbolundakı problemlərimiz haqqında çox şey danışmaq olar. Əvvəlcə məsələyə klublarımız ciddi yanaşmalıdır. Çünki əgər onlar əsas heyətlərində öz yetirmələrini oynatmaq istəyirlərsə, ilk növbədə akademiyalarına nəzər yetirməlidirlər. Onlar uşaqların düzgün inkişafı, böyüməsi üçün işlər görməlidirlər. Hansı futbolçu əsas komandaya düşə bilmirsə, klublarımız onların 1-ci Diviziona, əvəzedici komandalara getməsi üçün şərait yaratmalıdır. Bunlar vacib amillərdir. Əgər aşağı yaş qrupları üzrə komandalara, akademiyalara fikir verilməsə, gələcək üçün futbolçu da yetişməz. Gənclərimiz milli komandalarımızda oynamalıdırlar. Əgər hansısa klubun akademiyasının futbolçusu U-17 və ya U-19 yığmamıza düşürsə, bu, həmin klub üçün üstünlükdür. Çünki millidə oynayan futbolçularımız daha tez və yaxşı inkişaf edə bilərlər. Bu gün müəyyən qədər gənc oyunçularımız var, yetişirlər. Amma görürük ki, beynəlxalq matçlarda yenə də əziyyət çəkirik. Biz rəqiblər ilə mübarizədə uduzuruq. Biz elə inkişaf etməliyik ki, onlara çataq. Bu gün gənclərimizə baxırıq, görürük ki, hücumçularımız da yetişir. Amma klublarımız daha çox legionerlərə üstünlük verir. Hücum mövqeyində ciddi problemlər var. İndi əsas komandalarda oynayan gənc qapıçılarımız da çox azdır. Onlara kömək etmək lazımdır. Bu məsələlər böyük bir problemdir. Hər kəs kömək etməlidir, o cümlədən də klublarımız".

Qeyd edək ki, AFFA-da uşaq futboluna cavabdeh olan Texniki Departamentinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Departamentin rəhbəri Cahangir Həsənzadə telefon zənglərinə cavab verməyib.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1382   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ argentinalı futbolçuların siyasi pankart qaldırmasına münasibətini açıqladı

Rəsmi Vaşinqton dünya çempionatı (DÇ-2026) oyunlarında argentinalı futbolçuların Folklend adaları ilə əlaqədar etirazlarını bildirmək hüququnu müdafiə edir. xəbər verir ki, bu barədə "Sky News" telekanalının əməkdaşı Rob Harris məlumat verib. Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunu

18.07.2026 493
.

WP: ABŞ Ədliyyə Nazirliyi keçmiş olimpiyaçıya qarşı cinayət işinə xitam verilməsini tələb edib

ABŞ Ədliyyə Nazirliyi əvvəllər Vaşinqtondakı Linkoln memorialının yanındakı hovuzu zədələməkdə təqsirləndirilən keçmiş olimpiyaçı Devid Hernə qarşı cinayət işinə xitam verilməsini istəyib. "Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə istinadən "The Washingto

02.08.2026 181
.

"Qarabağ" qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" növbəti avrokubok sınağına çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Bolqarıstanın SSKA Sofiya klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcə

23.07.2026 555
.

Ronaldonun 30 milyonluq "oyuncaq"ları... - Fotolar

Ulduz futbolçu Kriştianu Ronaldonun paylaşımı diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, lüks avtomobil kolleksiyasının bir qismini "My toys" (Oyuncaqlarım) başlığı ilə paylaşıb. Paylaşıma qısa müddət ərzində 11 milyondan çox bəyənmə, 200 minə yaxın şərh gəlib. Qeyd edək ki, Ronaldonu

05.08.2026 252
.

Kolumbiya milli komandasının oyunçusu təhdid edilir

Kolumbiya Futbol Federasiyası (FCF) 2026-cı il dünya çempionatının İsveçrəyə qarşı 1/8 final matçında məğlubiyyətdən (0-0, penaltilərdə 3-4) sonra yarımmüdafiəçi Haminton Kampasa və onun ailəsinə qarşı təhdidləri pisləyən bəyanatla çıxış edib. -ın xəbərinə görə, bu barədə "Championship" nəşr

12.07.2026 457
.

Nəriman Axundzadə Türkiyə klubuna keçir

Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə "Kolambus Kryu"dan ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq "Erzurumspor"la danışıqları uğurla yekunlaşdırıb. "Erzurumspor"

03.08.2026 303
.

FIFA DÇ-2026-nın final oyununda istifadə olunacaq ot örtüyünü satışa çıxaracaq

FIFA iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək 2026-cı il dünya çempionatının final oyunundakı ot örtüyünün hissələrini satışa çıxaracaq. xəbər verir ki, bu barədə FIFA-nın rəsmi mağazasının saytında məlumat verilib. İyulun 11-də

12.07.2026 454
.

Daha bir güləşçimiz U17 dünya çempionatına qələbə ilə başlayıb

45 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb. xəbər verir ki, o, Radoslav Velikovla (Bolqarıstan) qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Tunar Quliye

01.08.2026 186
.

Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib

Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb. "Report"un Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc meda

01.08.2026 201
.

TOP MP3