CinemaPlus-da "Qış nağılı" Azərbaycan filminin təqdimatı keçirilib - VİDEO - FOTOlar

CinemaPlus-da "Qış nağılı" Azərbaycan filminin təqdimatı keçirilib - VİDEO - FOTOlar"Dəniz Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Cinemazadeh" studiyasının "Qış nağılı" Azərbaycan Yeni il komediyasının təqdimatı keçirildi!

BiG.AZ xəbər verir ki, tədbirdə aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.

Santa Klaus timsalında "Merry Band" peşəkar musiqi qrupu gecəyə xüsusi ab-hava bəxş edib.

Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir. Filmdə qəhrəmanlar hekayələr üzrə qruplaşdırılıb və hər hekayənin öz süjet xətti və baş qəhrəmanları var. "Qış nağılı"nı yaşayan və yaşadan aktyor heyəti aşağıdakı kimidir:

Murad Dadaşov, Əbdül Mahmud, Elməddin Cəfərov, Elcan Rəsulov, Oksana Rəsulova, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Samirə Əfəndi, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Məcid Hüseynov, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Aqil M. Quliyev, Dilarə Kazımova, Günel Məmmədova, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Rövşən Məmmədli, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Şəlalə Şahvaladqızı, Asya Abdullayeva, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.

Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.

"Qış nağılı"nın ideya müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb.

Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyev, quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

Filmin əsas musiqilərini Xalq artistləri - Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

Xüsusi təşəkkürlər "Light in Black" kreativ şirkətinə, "FRYDAY Burgers & Fries" restoranına bildirilir.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

CinemaPlus-da "Qış nağılı" Azərbaycan filminin təqdimatı keçirilib - VİDEO - FOTOlarCinemaPlus-da "Qış nağılı" Azərbaycan filminin təqdimatı keçirilib - VİDEO - FOTOlarCinemaPlus-da "Qış nağılı" Azərbaycan filminin təqdimatı keçirilib - VİDEO - FOTOlar


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1324   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 768
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 540
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

10:45 219
.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

07.11.2026 270
.

Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı

Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar

17:20 139
.

"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı

20:00 190
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 509
.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

00:04 497
.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

07.11.2026 509
.