"Məscidə girəndə ayaqqabımı niyə çıxarmalıyam?!" - Kamran Həsənli

"Məscidə girəndə ayaqqabımı niyə çıxarmalıyam?!" - Kamran Həsənli"Bütün dini kitabları orta əsrlərin qalığı hesab edirəm. Allaha inanan adamam, deistəm. Hesab edirəm ki, Allah hər bir adamın içindədir və bir hər birimiz onun zərrəsiyik".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli "AStar" yutub layihəsində səsləndirib. O, insanla danışan vicdanın, məhz Allah olduğunu bildirib:

"Əgər o mənimlə danışırsa, mollaya, məscidə, kilsəyə, sinaqoqa nə ehtiyacım var? Özü danışır da mənimlə. Məbəd mənəm. Məni o yaradıb axı, kilsəni mən tikmişəm. Əgər mənimlə danışırsa, mən məbədəmsə, onda o kitablara nə ehtiyacım var? Dahi İmadəddin Nəsimi bunu demək istəyirdi".

K.Həsənli məscidlə kilsə arasındakı fərqi müqayisə edib:

"Girirəm kilsəyə, görürəm ki, mərmərdir, Mikelancelonun əsərləridir, yaxşı ətir gəlir, Baxın tokkatası səslənir, qadınlar da başlarını bağlayıb, sakit danışırlar. Ora Allahın ibadət yeridir, orada qıza baxma da. Bir yerdə gedə bilək, qoy öz arvadımla gedə bilim.

İndi bizim məscidə gəlirəm. Qadınlar ayrı, kişilər ayrı. Girən kimi deyirlər ki, ayaqqabını çıxart. Niyə axı çıxarım? Evdən dörd saatdır çıxmışam, corabda.... Çıxartdım ayaqqabını. İndi deyir ki, al bu zənbili, ayaqqıbını qoy içinə, oğurlayarlar. Deyirəm ki, burada? Deyir ki, hə, sənin ayaqqabın bir az təzədir, götürəcəklər. Təsəvvür edin, ayağımda corab, əlimdə zənbil məscidə girirəm. İndi kilsədəki halıma baxın… Yenə də deyirəm, din adamı deyiləm, Allaha inananam, fərqi göstərirəm. Məscid, kilsə, sinaqoq olmalıdır, amma bu işlərin reformaya (islahata-red.) ehtiyacı var".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2189   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xoşqədəmin MAKİYAJSIZ GÖRÜNTÜLƏRİ YAYILDI - Görənlər aparıcını TANIMADI- FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı sosial mediada yeni görüntülərini paylaşıb. Paylaşımda onun makiyajsız, təbii halı diqqət çəkib. Sözügedən görüntüləri təqdim edirik

15.08.2026 556
.

"Gicgahımda güllənin soyuqluğunu hiss edirdim"

Hollivud ulduzu Bred Pitt "Esquire" jurnalına müsahibəsində həyatının çətin dövründən danışaraq, bir vaxtlar yaşamaq istəmədiyini etiraf edib. "Qafqazinfo" xəbər verir ki, aktyor anadangəlmə optimist olduğu üçün belə fikirlərin ona nadir hallarda gəldiyini, lakin bir dəfə dözülmə

11.08.2026 429
.

Sevda 16 il əvvəl ona qadağan edilən arzusunu gerçəkləşdirəcək

"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm. 2015-ci ildə Yaşıl Teatrda tamaşaçılarımın qarşısına çıxmışdım. Uzun fasilədən sonra yenidən sevənlərimlə görüşmək həyəcanvericidir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Oktyabrın 17-də solo konsert verməy

11:26 112
.

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulu

16.08.2026 224
.

7 ildən sonra yenidən içməyə başladı

Məşhur aktyor Bred Pitt 7 il alkoqoldan uzaq qaldıqdan sonra yenidən içki içməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. Bildirilib ki, 62 yaşlı aktyor bu qərarı uzun müddət düşündükdən sonra verib. Məlumata görə, aktyor içkini yalnız ölçülü şəkild

12.08.2026 416
.

Merti daha bir serialda görəcəyik

Türkiyəli aktyor Mert Ramazan Demir daha bir serialda rol alacaq. Axşam.az xəbər verir ki, aktyor "Susuz yaz" adlı serialda çəkiləcək. O, "Hasan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Qeyd edək ki, aktyor hazırda "Delikanlı" serialında da çəkilir

15.08.2026 253
.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14.08.2026 464
.

Selena Qomez məhkəməyə verildi - Fırıldaqçılıqda ittiham olunur

Amerikalı müğənni və aktrisa Selena Qomez, anası Mendi Tifi və iş qadını Daniella Pierson ilə birlikdə qurduğu ruhi sağlamlıq platforması "Wondermind Global" ilə bağlı məhkəmə iddiası ilə üzləşib. xəbər verir ki, Delaver ştatında federal məhkəməyə müraciət edən beş investor Qomez və digər təsisçiləri

15.08.2026 231
.

Hande Londona gedir - Sevgilisi dəstək olub

Türkiyəli aktrisa Hande Erçelin yeni planı bəlli olub. Axşam.az xəbər verir ki, aktrisanın hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçün avqustun sonunda Londona gedəcəyi iddia edilib. Bildirilir ki, Hande İngilis dili dərsləri ilə yanaşı, hekayə yazarlığı və ssenari təhsili də alacaq

15.08.2026 275
.