Təyyarə oğurladıqdan sonra intihar etdi (Video)
40 yaşlı Brayn Hedglin sevgilisinin qətli ilə əlaqədar axtarışda idi
Yuta ştatında SkyWest Airlines Amerika aviakompaniyasının pilotu oğurladığı təyyarə ilə bir neçə avtomobili məhv etdikdən sonra, özünü öldürüb.
40 yaşlı Brayn Hedglin sevgilisinin qətli ilə əlaqədar axtarışda idi. Hadisə zamanı onun məzuniyyətdə olduğu bildirilir.
Hedglin CRJ200 markalı təyyarəni havaya qaldırmaq istəsə də, bacarmayıb və avtomobil dayanacağına çırpılıb.
Bir neçə avtomobili əzən təyyarənin özündə də ciddi xəsarət var.
Aeroport müvəqqəti olaraq bağlanıb. FTX və polis istintaqa başlayıb.
mənbə: xezerxeber.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş