Evdə qalıcı manikür etmək üçün bunları edin

Evdə qalıcı manikür etmək üçün bunları edinDırnaq boyasından istifadə etmək hər bir xanım üçün vacib baxım prosedurlarından biridir. Bəs siz, qalıcı və gözəl baxım üçün boyanın qapağını açdıqdan sonra ilk işiniz onu dırnağa çəkmək olur? Bu zaman qalıcılığın az olduğunu, dırnaqların aşındığını və ya boyanın kobud qala bildiyini bilirsiniz? Bəs, bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Axşam.az boyanı dırnağa çəkməzdən əvvəl hansı qaydalara əməl etməli olduğunuzu təqdim edir.

Kokos yağı

Yaxşı bir antioksidant olan kokos yağı dırnaqlarınızı onlara zərər verə biləcək sərbəst radikallardan qoruyur. Antibakterial və antifungal xüsusiyyətləri onların sağlamlığını təmin edir. Bu yağı dırnağa və ətrafına çəkərək masaj edə bilərsiniz.

Çay ağacı yağı

Bu yağ dırnağa birbaşa tətbiq edilməməlidir. Onu zeytun yağı kimi fərqli bir daşıyıcı yağla qarışdırmaq tövsiyə olunur. Əks halda bu dərinin qıcıqlanmasına səbəb ola bilər. 2 çay qaşığı zeytun yağı və 2 damcı çay ağacını qarışdırdıqdan sonra dırnaqlara və ətrafına çəkə bilərsiniz.

Vitamin E

Bu vitamin dırnaq mayasını gücləndirir, kövrəkliyi aradan qaldırır, qan dövranını artıraraq böyüməsini asanlaşdırır.

Alma sirkəsi

Dırnaqları yumşaldır, sürətli uzanmasını təmin edir. Bir stəkan ilıq suya bir xörək qaşığı sirkə əlavə edib və əllərinizi bir neçə dəqiqə bu suda saxlaya bilərsiniz. Bunu hər gün etmək mümkündür.

Zeytun yağı

Zeytun yağı dırnaqları nəmləndirir, qidalandırır. Onlara isti zeytun yağı çəkib, 5-10 dəqiqə masaj edin.

Badam yağı

A, B və E vitaminləri ilə zəngin olan bu yağ dırnaqları bərpa edir, nəmləndirir, qidalandırır və yumşaldır. Dırnaqlarınıza və ətraf dəriyə ilıq badam yağı çəkib, 2-3 dəqiqə masaj edin.

Dırnaqlara baxım bitdikdən sonra onların yaş olmamasına, səthinin hamar olmasına, əvvəlki boyanın tam təmizlənməsinə diqqət edin. İstifadə edəcəyiniz yeni boyanın keyfiyyəti, fırçası yaxşı və uzunmüddətli manikür üçün böyük önəm daşıyır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1713   Tarix: 14 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

55 yaşlı Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ OXŞADI - VİDEO

Xalq artisti, pop diva Aygün Kazımova konsert proqramı ilə pərəstişkarlarına yaddaqalan anlar yaşadıb. xəbər verir ki, sənətçinin illərdir sevilən "Yalana bax" mahnısını səsləndirməsi tamaşaçılarda nostalji hisslər yaradıb. İfa zamanı mahnını Aygün Kazımova ilə birlikdə oxuyan pərəstişkarlar

15.08.2026 442
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım sosial mediada həyat yoldaşı ilə olan görüntüsünü paylaşıb

16.08.2026 281
.

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulu

16.08.2026 224
.

7 ildən sonra yenidən içməyə başladı

Məşhur aktyor Bred Pitt 7 il alkoqoldan uzaq qaldıqdan sonra yenidən içki içməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. Bildirilib ki, 62 yaşlı aktyor bu qərarı uzun müddət düşündükdən sonra verib. Məlumata görə, aktyor içkini yalnız ölçülü şəkild

12.08.2026 417
.

"Evlilik təklifi alanda yalnız bir şey istədim"

"Oğlum kinorejissorluq üzrə təhsilini bitirib. Bir müddətdən sonra mənə "Hollivuda getmək istəyirəm" dedi. Los-Ancelesdədir. Artıq 2 il olur. Onun üçün çox darıxıram. Hazırda kliplər, reklam çarxları çəkir. Film sektoruna hələ keçid etməyib. Çünki bunun üçün müəyyən bir müddət lazımdır

16.08.2026 402
.

Merti daha bir serialda görəcəyik

Türkiyəli aktyor Mert Ramazan Demir daha bir serialda rol alacaq. Axşam.az xəbər verir ki, aktyor "Susuz yaz" adlı serialda çəkiləcək. O, "Hasan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Qeyd edək ki, aktyor hazırda "Delikanlı" serialında da çəkilir

15.08.2026 256
.

Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - Foto

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var

16.08.2026 558
.

Hande Londona gedir - Sevgilisi dəstək olub

Türkiyəli aktrisa Hande Erçelin yeni planı bəlli olub. Axşam.az xəbər verir ki, aktrisanın hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçün avqustun sonunda Londona gedəcəyi iddia edilib. Bildirilir ki, Hande İngilis dili dərsləri ilə yanaşı, hekayə yazarlığı və ssenari təhsili də alacaq

15.08.2026 278
.

Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar

Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, ​​altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz

17.08.2026 508
.