Stallonenin oğlunun ölüm sirləri açılır

Stallonenin oğlunun ölüm sirləri açılırDünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Silvester Stallonenin oğlu Seycin meyiti, ən azı, 4 gün evdə qalıb, kimsə də xəbər tutmayıb

Seyc Stallonenin meyitini malikanədəki xidmətçi iyulun 13-də, gecə saatlarında görmüşdü.

ABC bildirir ki, polis Los-Anceles şəhərinin Studio Siti səmtindəki malikanədə Seyc Stallonenin meyitinin bir həftə də qaldığını istisna etmir.

"Onun otağına girəndə dəhşətli natəmizlik gördük. Hər tərəf zir-zibil, siqaret kötükləri, boş butulka və bankalardı. Otaqda çox pis iy vardı", - polis zabitləri deyiblər.
Seyci tanıyanlar buna təəccüblənməyiblər, çünki Stallonenin oğlu guşənişin idi və bəzən günlərlə otağından çıxmırdı.

Ölümündən əvvəlki həftədə onunla kimsə əlaqə saxlamayıb. Xidmətçi otağa girib qapını bağlayan və günlərlə çölə çıxmayan ev sahibinin öldüyünü çox sonradan anlayıb.
Xidmətçinin dediyinə görə, Seyc onu işə qəbul edəndə şərt qoyubmuş: "Mənə dedi ki, otağına girməyə icazəm yoxdur. Hətta qapını döyüb onu narahat etməyi də yasaqlamışdı".

İyulun 13-də isə o, yasağı pozub: Seyc Stallonenin anası oğlunun telefon zənglərinə günlərlə cavab verməməsindən narahat olmuşdu.
Polis bildirir ki, Silvester Stallonenin oğlu kəskin ürəktutması və ya insultdan ölə bilər.
Stallonenin ailə üzvləri isə Seycin narkotik maddələr qəbul etməkdən öldüyünə inanmırlar.

Oğlunun ölümü Silvester Stalloneni şoka salıb. Artıq iki gündür ki, o, otağından çölə çıxmır. Stallonenin yanında sürəkli olaraq həkimlər növbə çəkirlər.

Seyc Stallonenin anası, Silvester Stallonenin sabiq arvadı Saşa Zak isə çox ağır vəziyyətdədir. Onun ruhi xəstəliyin bir addımlığında olduğu deyilir.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6226   Tarix: 16 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

15:05 471
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 248
.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

11:24 305
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

15:29 424
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

10:25 272
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1631
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 343
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 1063
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 860