"Mənə gülənin özü ağılsızdır" – "Bıy" qalmaqalı

"Mənə gülənin özü ağılsızdır" – "Bıy" qalmaqalıBir neçə gündür sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun ingilis dilində etdiyi səhv müzakirə olunur. Belə ki, ifaçının meyxanaçı Aqşin Fatehin restoranında çıxış edərkən "By" sözünü "Bıy" kimi tələffüs etməsi gülüş obyektinə çevrilib.

Mövzu ilə bağlı OLAY-a açıqlama verən Ş. Tovuzlu əslində məsələnin paylaşıldığı kimi olmadığını söyləyib:

"Bəzi xəbər səhifələri reytinq xatirinə hadisəni insanlara başqa cür çatdırırlar. Guya məni gözdən salırlar. Lakin bacarmırlar, mən elə həmin Şəbnəm Tovuzluyam. Bildirmək istəyirəm ki, "By" sözünü bilərək "Bay" yox, "Bıy" kimi tələffüs etdim. Çünki baməzəliyi sevirəm və orada da zarafat edirdim. Gülərək söylədim ki, bıy Fateh, sən də biznesə keçdin? Bir də ki, həmin videoda böyük nöqsan olsa, özüm paylaşardım? Görün, bunlar necə insanlardır...

Mənim gördüyüm işlər, etdiyim yardımlar bir kənarda qalıb, onlardan yazmırlar. Amma bu olayı belə qabardırlar. Tək kəliməm bunlara reytinq verirsə, mənə əhsən! "By" sözünü, "Bıy" kimi demişəm. Əcəb etmişəm! Özü də o şəxslər məni görəndə tərif edirlər, arxada isə 5 manat üçün bu cür videolar paylaşırlar. Artıq onların əlindən cana doymuşam. Bəsdirin! Həmin videonu ələ salanlar isə özləri ağılsızdırlar. Mən çox ağıllı qadınam. Belə olmasa, 10 ildir gündəmdə qala bilməzdim".

Şəbnəm həmçinin bir neçə il öncə "Hüseynova bacıları" verilişində dediyi "Amerika Avropanın paytaxtıdır" açıqlamasından da söz açıb:

"Proqramda həmin söhbəti o mövzuya gətirdilər. Fərqli şəkildə təqdim etdilər. Düzdür, mən Amerikada olmamışam. Amma ölkələri, şəhərləri bir-birindən fərqləndirə bilirəm. Təkrar edirəm, verilişdə özləri bu mövzunu belə təqdim etdilər. Necə ki, Rüfət Axundovu Space Tv-də çətin vəziyyətə salmışdılar. Məni də elə etdilər".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 10711   Tarix: 19 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 507
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

08.11.2026 240
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

08.11.2026 222
.

Xoşqədəm TANINMAZ HALDA - FOTO

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

08.11.2026 475
.

39 yaşlı aktyor faciəli şəkildə öldü

Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib

08.11.2026 190
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 225
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 235
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 217
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 686
.