İki dəqiqənin gücü: beyni faydasız düşüncələrdən necə təmizləmək olar?

İki dəqiqənin gücü: beyni faydasız düşüncələrdən necə təmizləmək olar?Beyin təbii refleksə malikdir. Necə ki, balaca uşaq istənilən bir əşyaya toxunan kimi ovcunu sıxır, beynimiz də refleks olaraq ora düşən ilk fikri izləyir və ardınca ağrılı, narahatedici fikirlər seriyası əmələ gəlir. Bu fikirlər axınının qarşısını "iki dəqiqə təcrübəsi" ala bilər.

Belə ki, taymeri iki dəqiqəyə qoyun və müddət tamamlanıb zəng çalmayanadək heçnə etmədən sadəcə gözləyin. İki dəqiqə çox olarsa, bir dəqiqədən də başlaya bilərsiniz. Yox əgər iki dəqiqə sizə çoz rahat gələrsə o zaman müddəti 4-ə qədər çatdırın.

Müəyyən həddə qədər (5 dəq.-dən 20-ə kimi), yəni dəqiqələrin sayı artdıqca təcrübə də çoxalır, amma bununla yanaşı süründürməçilik ehtimalı da arta bilər.

BiG.AZ bizplus.az-a istinadən bildirir ki, bu məsələ ilə bağlı tez-tez verilən sual həmin dəqiqələrdə heçnə düşünməyin lazım olub-olmaması ilə bağlıdı. Sanki insanlar rahatlıqla düşünməyi dayandıra bilərlər. Əslində biz düşünmə prosesimizə bir o qədər də təsir etmək qabiliyyətinə malik deyilik və onu dayandırmaq və ya hərəkətə salmaqla bağlı ona sifariş verə bilmərik. Çox vaxt onu heç doğru istiqamətə belə yönləndirə bilmirik. Belə ki, biz sadəcə onu izləyirik. Bunu, hardasa, meditasiya da adlandıra bilərik. Bu prosesi Tim Ferris daha yaxşı qiymətləndirib: "Beynində qəribə komediya müşahidə etmək".

Bu təcrübə özünü dincliyə vərdiş etmək üçün lazımdır. Bir çox insanlara heçnə etməmək xoş gəlmir və onlar sadəcə bu diskomfort vəziyyətindən qurtulmaq üçün nəsə etməyə başlaya bilərlər. Bu isə zərərli bir haldır: "itirilmiş vaxt" vacib bir işin tələsik nəticəsi və ya mənasız fəaliyyətdir.

Gəlin "mənasız fəaliyyət"dən bir qədər əraflı bəhs edək. Bunu təlaşlı beyin də adlandırmaq olar. Belə ki, onun mexanikası budur: hər bir knkret zamanda əmələ gələn düşüncələrimiz əslində tək bir düşüncədir. Sadəcə biz həmin fikrə köklənirik və ona reaksiya verməklə ikinci bir fikri yaradırıq, beləcə üçüncü və ondan da dördüncü fikir yaranır. Beləcə, nəticədə beynmizdə bir-birindən törəyən düşüncələr mənasızca dövr etməyə başlayır.

Beyni sakitləşdirmək yolunda vacib bacarıqladan biri - beyində yaranan fikirdə ilişib qalmamağı öyrənməkdir. Belə olan halda bir-birindən törəyən fikirlər olmayacaq.

Təbii ki, bu o demək deyil ki, düşünməyi təmamilə dayandırmaq lazımdır. Söhbət ondan gedir ki, əgər sakitləşmək istəyirsinizsə fikirdə ilişib qalmama bacarığına malik olmalısınız.

Mövzunu bir qədər əhatələndirsək deyə bilərik ki, fikir fəaliyyətə yol aça bilər, fəaliyyətsə yenidən bir və ya bir neçə fikir əmələ gətirə bilər, onlardan da hansısa öz növbəsində yenidə hansısa fəaliyyəti yarada bilər... "Rədd etməmək və ilişib qalmamaq" bacarığına malik olmasaq ağılsız düşüncələrin və mənasız fəaliyyətlərin əsirinə çevrilmiş olacağıq.

Bu təcrübə bizə bütün düşüncələrə ardıcıl olaraq fəaliyyətlər və fikirlərlə reaksiya verməməyi öyrədir.

Əgər əvvəllər heç vaxt belə bir şey təcrübədən keçirməmisinizsə, "iki dəqiqə heçnə etməmək" adi tapşırıq kimi gəlməyə bilər. Bəzi insanlar gün ərzində səkkiz saat heçnə etməməyə hazır olduqlarını deyiblər, amma eksperimentlər əksini deyir. Təcrübələrdən biri göstərib ki, insanlar bekarçılıqdan çox şeyi hətta xoş olmayan işləri belə etməyə hazır olurlar. İnsanlar bekarçılıqdan və düşüncələrdən qurtulmaq üçün nə olsa edə bilərlər. Məsələn, eksperimentlərdən birində iştirakçılar 6-15 dəqiqəliyə laboratoriya otağına salınırlar və onlardan telefonları və ola biləcək digər məşğuliyyət alətləri götürülür. Otaqda oturacaq və yüngül cərəyan düyməsindən başqa heçnə olmur. Nəticədə 18 kişidən 12-si, 24 qadından isə 6-sı özlərini ən azı bir dəfə cərəyanla vururlar Hətta bəziləri bunu bir neçə dəfə edirlər.

Biz çox vaxt bərpa imkanımızdan yararlanmırıq. Üstəlik, tez-tez istirahət üçün lazım olan şərtləri ideallaşdırırıq. Əlbəttə əgər bütün işlər görülübsə, siz tropik adadasınızsa, sizin internetiniz, yeməyiniz və qalmağa yeriniz varsa və daha nə etmək lazım olması barədə düşünmək məcburiyyətində qalmırsınızsa, belə şərtlərlə hər bir axmaq istirahət edə bilər. Amma dərindən nəfəs alıb gündəlik qayğılardan (onsuz da bitməyəcək) özünü bərpa halını yaşamaq qiymətli bir bacarıqdır. Bunu isə inkişaf etdirmək olar və deyə bilərik ki, bu hətta lazımdır - iki dəqiqədən başlamaqla.

İki dəqiqəlik istirahətə qarşı belə bir arqument mövcuddur: hər şeyi edib sonra istirahət edərəm. Amma çox vaxt belə olur ki, istirahət etmədən heçnə edə bilmirsən...

Bu təcrübə, deyilənlərdən başqa, həm də dayanmağı öyrədir. Biz bir çox hallarda tələsərək tez işlərimizi bitirib istirahət etmək istəyirik və bu zaman bəzən nə etdiyimizi belə anlamırıq. Bunu belə izah edə bilərik: "əllər düşüncəni qabaqlayır". Məsələn, bəzən belə olur ki, hansısa bir elektron məktubu tələsib göndəririk, beş dəqiqədən sonra isə anlayırıq ki, bu lazım deyildi. Yaxud məhsulun pulunu ödəyirsiniz və bir neçə andan sonra bu işdə tələsdiyinizin fərqinə varırsınız.

Belə məqamlarda özünüzü dayandırmağı bacarmalısınız. Belə hallarla tez-tez qarşılaşırsınızsa 2-3 dəqiqəlik heçnə etməmə meditasiyası özünüzü dayandırmaq üçün daxili təlim kimi yardımçınız ola bilər. Aydındır ki, nə düşünməni qabaqlayan əllər, nə də heçnə etməmə sizi lazım olan nəticəyə çatdıracaq. Ancaq dayanmaqla düşünə bilərik. Düşünmək isə faydalıdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1717   Tarix: 07 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.