"O aparıcılar atalarının yanında elə açıq-saçıq geyinirlər?" - VİDEO
Əməkdara artist Nailə İslamzadə "Üzə-düz" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, aparıcı həmkarlarından, efirə verilən verilişlərdən danışıb:
"Bir-iki dənə sosial verilişlər var ki, orada aparıcılar özlərini daha azad hiss edirlər. Bəzən tamaşaçı və ya verilişin iştirakçıları ilə o qədər də yaxşı davranmırlar. Biz heç kimin üstünə hakim ola bilmərik. Bizə o haqqı heç kim verməyib. Heç ora gələn qonaq da... Heç kim heç kimi qınaya bilməz, üstünə gedə bilməz ki, sən niyə belə yaşamısan. Çünki onun yaşadıqlarını o özü bilir. Kənardan baxmaq həmişə asandır. Aparıcı tərəf olmamalıdır. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır. Bir də ki, o qərarı ekspert verməlidir, aparıcı yox. Bilirsiz, o verilişlər evdə oturanlar üçündür. Gündüz vaxtı efir yayımıdır, belə də olmalıdır. Sosial proqramlar məişət xarakterlidir, əslində evdə oturan xanımlar üçündür. İş adamı axşam gəlib dincəlmək istəyir, o proqramlar nəyinə lazımdır?! Amma bəzən bizdə tərsinə də ola bilir. Bilirsiz, bəzən efir insanlarına barmağarası baxanlara haqq verirəm. Yersiz hərəkət edən aparıcılara görə təbii ki, xəcalət çəkirik. Onlar olmasa daha yaxşı olar. Məşhurluğu hər kəs daşıya bilmir. Hər kəs özünü ulduz sayır, ulduzlar göydə olur, yerdə yox. Bizim peşənin özünü sevmək lazımdır amma bəziləri peşənin özünü deyil, ona verdiklərini sevir. Peşə nə gətirir? Mən heç vaxt populyarlığımdan istifadə etmədim, ona görə də heç nəyim yoxdur. Gülür. Heç kimin qapısını döymədim. Reklam da edə bilmədim nəyisə amma bu normaldır. Toya da gedir aparıcılar, bu da normaldır, bəs hardan qazansınlar? Mən toylara getmədim aparıcı kimi, düzdür, amma gedənlərdə də qəbahət görmürəm. Bizim böyük sənətkarlarımız da məclislərdə iştirak ediblər, ordan tanınıblar. Məsələ burasındadır ki, bunu daha gözəl şəkildə, ifrata varmadan etmək lazımdır. Edənlər də çoxdur. Indi çox şərtlər dəyişib. Baxırsan bir yerdə ciddi veriliş aparır, gündüz hardasa yüngül hərəkətlər edir, ona görə də tamaşaçılar onu ciddi qəbul etmir. Efir bayağılığı sevmir. Tamaşaçı bunu tez hiss edir. Populyar olmaq, tanınmaq, sevilmək demək deyil. Aparıcıların geyim məsələsi də ciddi problemdir. Hər verilişin özünə uyğun geyimi olmalıdır. Cəmiyyətdə də hər yerin öz geyimi olmalıdır. Açıq-saçıqlığa gəldikdə isə, bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır. Vallah bilmirəm, əgər o aparıcılar öz atalarının, qardaşlarının yanında elə açıq-saçıq gəzərlərsə, bəlkə ona görə çıxırlar. Bəlkə də mənim bu sözüm kiminsə xətrinə dəyə bilər. Efir qarşısında olmaz. Ola bilər, desinlər ki, bunu başqa ölkələrdə edirlər amma bizdə bu qəbul olunmursa, biz bunu niyə edək? Axı tamaşaçı istəmir!!! Biz Azərbaycanlı olduğumuzu qoruyub, saxlamağı bacarmalıyıq. Mənim azadlığım, başqasının azadlığı başlayan yerdə bitir. Mənim azadlığım kameranın o tərəfinə kimidir. Ondan sonra tamaşaçılar var. Necə biz onların azadlığını pozub, istəmədiyi şeyi onlara sırıya bilərik?!"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kızılcık şerbeti"ndən ayrılır - Foto
"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır
31.10.2026 489 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
08.11.2026 259 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 542 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 539 Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"
Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:
07.11.2026 275 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 760 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
08.11.2026 188 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 225 "Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı
08.11.2026 229