"Millətim millət olmaz bu binamusluğu sənə keçsə" - Flora Kərimova 11 yaşlı qızı hamilə qoyan ATALIQDAN DANIŞDI
Bir neçə gündür mediada İmişli rayonunda 11 yaşlı qızın atalığı tərəfindən zorlanaraq hamilə qalması xəbəri müzakirə olunur.
BiG.AZ xəbər verir ki, u müzakirələrə hər kəs kimi məşhurlar da qoşulub. Xalq artisti Flora Kərimova sosial media hesabında 11 yaşlı qızdan, onu hamilə qoyan atalıqdan yazıb:
"Bu nə faciədir millət yaşayır, axı?! Bəli, millətimin faciəsidir! Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq?! Savadsız, valideyn tərbiyyəsi görməyən, adını "kişi" qoyub insanlığı belə olmayan biqeyrət kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini iki ömürlük həbsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır! İndi də bu körpə….! Ay binamus, bəs olmadımı ki, evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın. Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan?! Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır! Millətim millət olmaz bu binamusluğu sənə keçsə! Sənin müdafiəni vicdanı olan vəkil götürməz!!!
Uşaq ömürlük mənəvi və fiziki şikəstdir! Hələ ki fərqində deyil, hələ anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu?! Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur?! Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it belə balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram…! Bu, faciənin görsənən tərəfidir! Görsənməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir! Başıqapazlı yaşamaq təbiətləridir, demək ki. Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb" din deyil, əskiklikdir! Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü -"evimi satıb ərimi xilas edəcəm! Onsuzda hər şeyi pulla almaq olur" deyən "qadın-ana" yetişdirdiyi övlad nə olacaq?! Nə vətəndaş olacaq sənin südünü əmən?! Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki Cəhənnəmini qazanmısan! Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdədəndir. Nə qədər faciələr fitvalara qurban edilib, halalıdır deyib ört-basdır edilib.
Allah bağışlayandır deyib bu zülmü, bu iztirabı yaşadanı, o qız övladı bağışlayacaqmı?!"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, istirahətdə olan Almaxanım instaqramd
21.06.2026 1116 Mətanət İsgəndərlinin qızı ilə bağlı arzusu
Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərlə bağlı arzusunu dilə gətirib. Axşam.az xəbər verir ki, sənətçi övladının aparıcı və ya bloger olmasını istədiyini bildirib. "Qızım Ülkər Türkiyəyə qayıtmalıdır. 10 ilə yaxındır ki, Azərbaycana gəlmirdi. İkinci uşağı dünyaya gəldikdən sonra bir az çətinli
13.06.2026 298 "Pandemiyadan sonra film sahəsi daha da zəiflədi"
Aktyor Müşviq Şahverdiyev Azərbaycanda film sahəsinin pandemiyadan sonra daha da zəiflədiyini bildirib. Axşam.az xəbər verir ki, aktyor bu barədə "Qonaqcanlı" verilişində danışıb. "Bizim ölkədə film sahəsi o qədər də güclü inkişaf etməyib. Pandemiyadan sonra bu sahə bir az da zəiflədi
20.06.2026 202 Müğənni Mərdan Kazımov: "Bacımı öpəndə bədəninin soyuq olduğunu hiss etdim və məlum oldu ki, həyatını itirib" - VİDEO
"Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Mərdan Kazımov olub. O, vaxtilə Ankarada yaşayarkən maddi çətinliklərə görə küçədə qaldığı günləri xatırlayıb: "İşlərimiz zəiflədiyindən kirayə pulunu ödəyə bilmirdik. Ev sahibi çıxmaq üçün bir həftə vaxt versə də, bir gün sonra gəli
21.06.2026 497 Gülay Zeynalova: "Deyirlər, niyə hər dəfə onun əlindən tutursan?" - VİDEO
Müğənni Gülay Zeynalova sosial şəbəkələrdə ünvanına səsləndirilən suallara cavab verərək diqqət çəkib. Sənətçi son vaxtlar tez-tez yanında olan menecerinin onun əlindən tutması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib. Zeynalova bu mövzuda zarafatla danışaraq səbəbi izah edib. "Deyirlər ki
20.06.2026 5303 HEÇ KİM BUNU GÖZLƏMİRDİ: Aygün Kazımova meyxana deyərkən... - VİDEO
Xalq artisti Aygün Kazımovanin illər əvvəl çəkilmiş görüntüləri sosial şəbəkələrdə yenidən maraq doğurub. xəbər verir ki, söhbət pop divanın vaxtilə qonaq olduğu "Ay ev yiyəsi" verilişindən gedir. Həmin kadrlarda Aygün Kazımovanın kənd sakinlərindən biri ilə meyxana deməsi diqqət çəkib. Sənətçini
13.06.2026 776 Aygün Kazımovanın qızı TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO
Xalq artsiti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova son görüntüsü ilə diqqət çəkib. xəbər verir ki, ifaçının sosial mediada yeni fotoları yayımlayıb. İlqarə görünüşü ilə diqqət çəkib. Onun görüntüsünə çoxsaylı təriflər yazıblar. Sözügedən fotoları təqdim edirik:
20.06.2026 559 Aygün Kazımova Röyanın oğlunun MƏZUN GECƏSİNDƏ - VİDEO
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanın oğlu Hüseyn məzun gecəsində səhnəyə çıxıb. Pop diva Röyanı bu münasibətlə təbrik edərək onu və övladını səhnəyə dəvət edib. "Canım Röyam, bu gün balanın məzun günüdür. Səni ürəkdən təbrik edirəm" deyə, Aygün Röyanı qucaqlayıb. (Axşam.az)
21.06.2026 520 Ariana Qrande Donald Tramp administrasiyasına sərt etiraz edib
ABŞ-li pop-ulduz Ariana Qrande ABŞ Prezidenti Donald Trampın administrasiyasından onun musiqi əsərlərinin antimiqrasiya siyasətinin təbliğində istifadəsini dayandırmağı tələb edib. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, bu həftə ərzində Ağ Ev "TikTok" platformasınd
14.06.2026 274