"Görsənməyən tərəfi odur ki, kəbinli arvadı ərinə haqq verir..." - FOTO

"Görsənməyən tərəfi odur ki, kəbinli arvadı ərinə haqq verir..." - FOTOXalq artisti Flora Kərimova İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən təcavüzə məruz qalması ilə bağlı paylaşım edib.

Müğənni məsələ ilə bağlı bunları yazıb:

"Bu nə faciədir millət yaşayır? Bəli, millətimin faciəsidir. Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq... Savadsız, valideyn tərbiyyəsi görməyən, adını "kişi" qoyub insanlığı belə olmayan kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini ömürlük həpsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır!

İndi də bu körpə… Bəs olmadımı evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın? Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan? Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır. Millətim millət olmaz bu binamusluğu sənə keçsə... Sənin müdafiəni vicdanı olan vəkil götürməz... Uşaq ömürlük mənəvi və fiziki şikəstdir. Hələ ki, fərqində deyil, anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu? Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur? Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it bele balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram… Bu, faciənin görsənən tərəfidir.

Görsənməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir. Başıqapazlı yaşamaq təbiətləridir, demək ki... Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb" din deyil, əskiklikdir!

Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü - "evimi satıb ərimi xilas edəcəm! Onsuzda hər şeyi pulla almaq olur" deyən "qadın-ana" yetişdirdiyi övlad nə olacaq? Nə vətəndaş olacaq sənin südünü əmən? Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki cəhənnəmini qazanmısan.

Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdədəndir. Nə qədər faciələr fitvalara qurban edilib, "halaldır" deyib ört-basdır edilib".(axşam.az)

"Görsənməyən tərəfi odur ki, kəbinli arvadı ərinə haqq verir..." - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5057   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bozo"nun eks-sevgilisini canlandıracaq - Foto

"Yeraltı" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Şükran Ovalı rol alacaq. O, ekran işində "Bozo"nun eks-sevgilisi obrazını canlandıracaq. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır

16.08.2026 473
.

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü

Türkiyəli müğənni Ebru Gündeş plastik əməliyyatdan sonra görünüşü ilə diqqət çəkməkdə davam edir. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində səhnə alan ifaçının görüntüləri sosial mediada yayılıb. İzləyicilər üzündəki dəyişikliyi bəyəndiklərini bildiriblər. Qeyd edək ki, Ebru 10 yaş cavanlaşma

18.08.2026 575
.

Azərbaycanlı müğənni küçədə döyüldü

Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:. "İki nəfə

15.08.2026 417
.

Doğma övladı da onun soyadından imtina edir

Aktyorlar Bred Pitt və Ancelina Coli-Pittin 18 yaşlı qızı Vivyen soyadını dəyişmək üçün məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, Vivyen atasının soyadından imtina edərək yalnız anası Ancelina Colinin soyadını daşımaq istəyir. Kaliforniya qanunvericiliyinə əsasən, o, bununla bağlı qəzetdə ela

22.08.2026 149
.

"Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər"

Müğənni Mətanət Əsədova qadın və kişi münasibətlərindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "İki üz" proqramında güclü və hər işin öhdəsindən gələn qadınların kişilər tərəfindən yetərincə dəyərləndirilmədiyini deyib:. "Heç bir kişi güclü qadını sevmir. Öz həyatımdan deyirəm. Ağıllı

22.08.2026 133
.

"Mən heç səni unutmadım"

Aktyor Elşən Orucov mərhum həmkarı və dostu Azər Baxşəliyevi yad edib. Axşam.az xəbər verir ki, sənətçi onunla birlikdə çəkdirdiyi görüntülərdən video hazırlayaraq sosial şəbəkə hesabında paylaşıb. Elşən videonu "Mən heç səni unutmadım" sözləri ilə yayımlayıb. Qeyd edək ki, Azər Baxşəliye

22.08.2026 175
.

Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər

Məşhur türkiyəli müğənni Tarkan 29 avqustda Marmarisdə yerləşən lüks hoteldə yalnız 400 nəfərin iştirak edəcəyi özəl konsert proqramı ilə çıxış edəcək. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, "meqastar"ı canlı dinləmək istəyənləri yüksək qiymətli paket gözləyir. Belə ki, "Gel Konuşalım"

22.08.2026 160
.

"Kızılcık şerbeti"ndən sonra görünüşünü dəyişdi - Fotolar

Türkiyəli aktyor Doğukan Güngör yeni görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Kızılcık Şerbeti" serialından sonra Kanal D-nin yeni layihəsi "Haysiyet"lə ekranlara qayıtmağa hazırlaşan aktyor arıqlaması və imicində etdiyi dəyişikliklə diqqət çəkib. Doğukanın yeni görünüş

15.08.2026 240
.

Bu da İbrahim Borçalının 21 yaşlı GÖZƏL QIZI Aysun - FOTOLAR

Müğənni İbrahim Borçalı qızı Aysu atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, övladı ifaçı ilə çəkdirdiyi şəkilləri sosial media hesabında paylaşıb. Qeyd edək ki, İ.Borçalı bir neçə il əvvəl oğlunu itirib. Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. İfaçının iki övladı var id

22.08.2026 385
.