Mətanət İsgəndərlinin azyaşlı nəvələri anasından necə alınıb?

Mətanət İsgəndərlinin azyaşlı nəvələri anasından necə alınıb?Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) 3 azyaşlı uşağının məhkəmə qərarı ilə əri Kərim Həmidovun himayəsinə verilməsi müzakirələrə səbəb olub. A.Həmidova da bununla bağlı qəyyumluq komissiyasının rəyinə və hakimin qərarına etiraz edib.

A.Həmidovanın vəkili Namiq Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hakim Etibar Mustafayev Binəqədi rayon icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin rəyinə istinad edib: "Məhkəmə iclasında uşaqlardan soruşdular. Onlar da çaş-baş qalıb dedilər ki, atamız söz verib ki, buradan çıxandan sonra bizi balıq yeməyə aparacaq. Çox pis yanaşmadır. Böyük uşaq Tuncay isə bildirir ki, biz istəmirik anamız əziyyət çəkib pul qazanıb bizi saxlasın. Atam ondan imkanlıdır, daha rahat yolla pul qazanır. Qoy pul qazanıb bizi saxlasın. Anamıza əziyyət vermək istəmirik".

N.Hacıyev qeyd edib ki, Aynur Həmidovanın 6 yaşlı qızının ana qayğısına ehtiyacı var: "Aydın məsələdir ki, Kərim Həmidov sabah ailə quracaq. O ögey ana doğma ananın əvəzini verə bilər? Qızın 6 yaşı var, ona doğma ana qayğısı lazımdır.

Ana ya narkoman, ya içki düşkünü, ya da yüngül həyat tərzi keçirməlidir ki, uşaqlar anadan alınsın. Bunların isə heç biri yoxdur. Çox ədalətsiz yanaşma oldu".

Uşaqların anası Aynur Həmidova da qərara etiraz edib:

"Həmişə olduğu kimi uşaqlar məhkəməyə öyrədilib hazırlıqlı getmişdi. Ruhlanımdan soruşdum ki, sən kimi seçirsən, dedi ki, onları, mənə "playstation" alacaqlar. Tuncaydan da soruşdum ki, nə üçün belə qərar verdin, dedi ki, sən yük olmayım, onlar pulu rahat qazanırlar, sən isə çox işləməlisən, istəmirəm sən əziyyət çəkəsən. Onun bu sözü ürəyimə bıçaq təki sancıldı. Yəni pul insan həyatını idarə edir, balanı anadan ayrı salır".

Vəkil Vasif İsrafilov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, uşaq nikah pozulanda adətən ananın yanında saxlanılır: "Üç yaşına qədər uşaqlar birmənalı olaraq ana ilə bağlılığına görə onun himayəsinə verilir. Məhkəmə təcrübəsindən görürük ki, beş yaşına qədər uşaqlar da əksərən ananın yanında qalır. Ailə Məcəlləsinin 52-ci maddəsinə görə, 10 yaşına çatmış uşağın kimin yanında qalmaq istəməsi ilə bağlı fikri soruşulur və qərar verilərkən həmin uşağın fikri nəzərə alınır. Uşaqların kimin yanında qalması haqda ər və arvad arasında mübahisə yaranırsa, məhkəmə Qəyyumluq və Himayəçilik orqanına rəy verilməsi üçün müraciət edir. Bu zaman yeddi yaşına çatmış uşağın da fikrini öyrənib nəzərə ala bilərlər.

Bir yox, bir neçə uşaq olarsa, burada uşaqların bir-biri ilə bağlılığına daha çox önəm verilir. Veriləcək qərarın uşaqların gələcək həyatlarına necə təsir edəcəyi əsas götürülür. Bundan əlavə, məhkəmə uşaqların kimin yanında qalmasına qərar verərkən onların fikirləri ilə yanaşı valideynlərin həyat səviyyəsi və məişət şəraitinə nəzər salır. Uşağın hansı valideynin yanında daha rahat həyat yaşaya biləcəyi, valideynlərin uşaqlara davranışları qərara təsir edir. Valideynlərdən biri xroniki alkoloq və ya narkomaniya xəstəsi olarsa, uşaqlara qarşı zorakı hərəkətlər edərsə, valideynlik hüquqlarından sui-istifadə edərsə, uşağına düzgün tərbiyə verə bilməzsə, psixoloji durumu yerində olmazsa – yəni bu hallardan hər hansı biri qeydə alınarsa – uşaq digər valideynin himayəsinə verilir".

V.İsrafilov qeyd edib ki, Qəyyumluq və Himayəçilik orqanının uşağın hansı valideynin yanında qalması ilə bağlı rəyini məhkəmə nəzərə almaya da bilər: "Onun əleyhinə də qərar çıxara bilər. Məhkəmə üçün rəydə göstərilən istiqamətdə qərar çıxarmaq məcburi deyil. Hakim işin digər hallarını da nəzərə alıb fərqli qərar verə bilər. Hakim rəylə razılaşmazsa, məhkəmə psixoloji ekspertizası təyin edilə bilər. Bu zaman ekspert uşağın hansı valideyn yanında qalarsa, psixologiyasına mənfi təsir etməyəcəyi barədə rəy verə bilər. Məhkəmələrdə yekun qərar uşağın mənafeyinin qorunmasına hesablanır. Yəni, burada valideyn yox, uşağın rahatlığı əsas götürülür".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4810   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı

08.11.2026 229
.

Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi

Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo

01.11.2026 455
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 526
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 813
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 441
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 556
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 698
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 840
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 235
.