Pitbul azərbaycanlı iş adamının burnunu qopardı

Pitbul azərbaycanlı iş adamının burnunu qopardıTürkiyənin Samsun şəhərində azərbaycanlı iş adamı və onun həyat yoldaşı pitbull cins itin hücumuna məruz qalıb. İt 35 yaşlı Arif Şehrinin burnunu qoparıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Samsunun Yeşildere məhəlləsində işə gedən 35 yaşlı Arif Şehri və həyat yoldaşı Fardina Şehriyə küçədə it hücum edib. A.Şehri bildirib ki, pitbull küçədə dayanmış maşınların birində, xaltasız olub. Həyat yoldaşı itdən qorxub, amma itin sahibi bildirib ki, qorxmağa səbəb yoxdur, it dişləmir. Arif itə yaxınlaşıb, heyvan qəflətən onun üzərinə atılıb, burnunu qoparıb. İt sahibinin köməyi ilə ərazidən uzaqlaşdırılıb. Küçədən keçənlərin köməyi ilə əraziyə polis və təcili tibbi yardım çağrılıb. Azərbaycanlı iş adamı xəstəxanaya yerləşdirilib, onun üzərində cərrahi əməliyyat aparılıb.

"Həyat yoldaşımla evdən çıxıb işə gedirdim. Bir maşın gəldi, içərisində pitbull cins iti vardı. İt bağlı deyildi, ağızlığı və xaltası yox idi. Həyat yoldaşım itdən qorxur, buna görə də qaçmağa başladı. İtə tərəf gedərək yoldaşımı qorumaq istədim. Sahibi dedi ki, onun iti dişləmir, narahatlığa əsas yoxdur. Amma it bir anda üstümə atıldı və burnumu qopardı. Əraziyə gələn polis əməkdaşları burnumun qopmuş hissəsini axtarmağa başlayanda özümə gəldim. Həyat yoldaşım hadisənin şokundan ayıla bilmir",- Arif başına gələnləri danışıb.

Şikayətçi deyib ki, onun yerində azyaşlı uşaqlar da ola bilərdi. Cərrahi əməliyyat olunsa da, nəfəs almaqda çətinlik çəkir. Buna görə də itin sahibindən şikayət edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2636   Tarix: 20 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

TOP MP3