Elarizin mahnısı ABŞ radiosunda - VİDEO

Elarizin mahnısı ABŞ radiosunda - VİDEOBir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun mahnıları yerli radioda səslənir.

Bu barədə "Qafqazinfo"ya sənətçinin özü məlumat verib.

Belə ki, Məmmədoğlunun "Azəri torpağı", "Hədiyyə" adlı mahnıları "Davidzon radio"da səslənir. Radionu Nyu-York, Nyu-Cersi, Konnektikut ştatlarında radio dalğada, internet üzərindən isə bütün dünyada dinləmək mümkündür.

Nyu-Yorkda yaşayan müğənni, həmçinin bildirib ki, Yeni il bayramı ilə əlaqədar digər ştatlardan restoran və konsert zallarında konsert vermək üçün təkliflər alıb və bir neçəsini qəbul edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2357   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş