"Dedim, namusunla uşaqlara bax, o isə azad olmaq istədi" - Mətanətdən gəlininə

"Dedim, namusunla uşaqlara bax, o isə azad olmaq istədi" - Mətanətdən gəlininə"Allah onu yoldan çıxarların... Hələ də hamımız şokdayıq: atam, anam, oğlum, qohumlar, ailəmiz... Şokdayıq ki, bu qıza nə oldu? Biz o qədər mehriban olmuşuq ki... Ondan o qədər razı idim ki... deyirdim səni balalarımdan ayırmıram. Gecə yatırdı, gedib üstünü örtürdüm. Kim olsaydı onu çox istəyəcəkdim. Mənə Tuncayı, Ruhlanı, Mətanəti bəxş edib, evimin çırağını yandırıb. Balamın sevdiyidir. Onu balamdan ayrı etmişəmsə, Allah mənə qənim olsun".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günün sədası" proqramında deyib. Müğənni ilk dəfə gəlini Canananın onunla bağlı açıqlamalarından danışıb:

"Sənət dostlarım zəng edir ki, bəlkə sizi barışdıraq? Moskvada olanda da danışdım, dedi istəmirəm ayrılıram. Kərim, mən yalvardım. Dedim, evi də verirəm sizə, kirayədə qalaram. Mənlə qalmaq istəmirsənsə, gəl qal, kirayəyə köçəcəm. Oğluma öz villamı verdim, yeni aldığım evə köçdüm. Plana düşdü, onların evini sökdülər. Ona qədər kirayədə qaldılar. Şirkət ödəyirdi pulu. Heç bir çətinliyimiz yoxdur, Kərim dedi sənlə qalaq. Gəlinə dedim istəmirsənsə, tək qalın. Dedi, sizlə daha yaxşıdır, darıxmırıq. Ər-arvad aralarında dava düşdü, mənə zəng gəldi getdim. Gəlinlə ayrı qalmışam hər zaman. Köməkçi də var idi. Deyirdim ki, əziyyət çəkmişəm, balalarımın üzünü doyunca görməmişəm. Ona köməkçi tutdum ki, uşaqlar qışqıra-qışqıra işlə məşğul olma, uşağına özün bax. Ana qədər uşaqlara baxan olmaz. Dedim, köməkçi iş etsin, uşaqları özün böyüt. Bu elə oğlumu da, uşaqları da atdı köməkçinin üstünə. Kərim Allahın siqaretini çəkmir, saf uşaqdır: döyməyi, söyməyi yoxdur. Uşağa hərdən nəşə edib, kim uşağını vurmur? Yalandan yanında vurub. Kim uşağını vurmayıb? Kərim uşaqları döyüb, öldürürdüsə, niyə uşaqlar ondan əl çəkmir? Uşaqlar getmir anasının yanına. Özüm deyirəm, istəyitsizsə gedin uşağın yanına. Mən belə qəddaram ki ananı baladan ayırım? İndi balaları üçün ağlayır, balası üçün belə edər? Moskvadan gələndən uşaq qalır bizlə. Uşaqları biz olmayanda ev dustağı edib. Özün balalrını atıb getmisən. Atıb qulluqçunun yanına, səhər çıxır gecə yarı gəlir. Uşaq deyir ki, ana gələndə də ancaq telefon, sevgisiz qalıb. Qulluqçu uşağa necə baxsın? Bizdə isə atam, Kərim baxır. Onlara dayə, müəllimlər tutmuşam. Balalarımı atmaram. İndi niyə ağlıyırsan? Özün balalarını atıb getdin".

M.İsgəndərli gəlini ilə oğlunun ayrılma səbəbini açıqlayıb. Mətanət "İndi barışarsınız" sualına belə cavab verib:

"Oğlum özü bilər. Dava edəndə elə et ki, barışmağa yer qoyasan. Bu qız barışmağa yer qoymadı. Onu kim yoldan çıxardısa, Allah onun evini yıxsın. Oğlumdan 5 yaş böyükdür, 42 yaşı var, 15-20 yaşı yoxdur ki, qabağıma qoyum danışım. 23 ildir mənim evimdə yaşayır. 10 il nişanlı qalıb, valideynləri Rusiyada qalırdı, onu 10 il evimdə saxladım. Sonra toyları oldu, 23 ildir evimdə yaşayıb, həmin adamlarıq, indi pis olduq? Kərimi özü istəyib. Kərimin ilk sevgisi olub. Mənim oğlum ondan başqa qadın görməyib. Kərim elə uşaqdır ki, ona başqasın almaq istəsəm, edərdi. Etmədim... Onun işləməyini istəmirdik, deyirdim, sənun nəyin çatmır? Yoldaşın işləyir, altında maşın, köməkçisi, salon açdım. Lazer aparatı almaq istədi, qızıllarını satdı, gəldi üstünü düzəltdim, aldı. Boynunu bükürdü, deyirdim get et. Mən sənə nə pislik etdim? İndi son sözü o oldu ki, mən azad olmaq, özüm üçün yaşamaq istəyirəm. 42 yaşın var, üç uşaq dünyaya gətirmisən. Nə azad? Kərimə uşaq ana deyir, ürəyimin başı ağrıyır. Türmədə idin? Altında maşın, bütün günü gəzirdin, cibinə pul qoyurdum. Deyirdim, uşaqları apar parka, qayıdırdı ki, ürəyim sıxılır. Deyirəm, ağlayırsan, gəl uşaqlarını götür. Ona dedim ki, ailəni dağıtma, ev, maşın verirəm. Hər şeyini verirəm. Otur evdə namusunla, uşaqlara bax, istəmədi. İndi niyə ağlayırsan? Onu hər yay Türkiyəyə bahalı otellərə istirahətə göndərirdim, ordan gəlirdi Nabrana gedirdiNəyi əskik idi?".

Qeyd edək ki, Canana və Kərimin 3 övladı var. Canana həyat yoldaşı və qayınanasını onun ailəsini dağıtmaqda ittiham edirdi.(axşam.az)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 10355   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.