Məşhur rus model İslamı qəbul etdi - FOTO

Məşhur rus model İslamı qəbul etdi - FOTOMəşhur rusiyalı model Anastasiya Reşetova islam dinini qəbul etdiyini açıqlayıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, instaqramda izləyicilərinin suallarını cavablandırarkən bildirib.

"Bir müddət bu haqda danışmırdım. Hesab edirəm ki, bunu yalnız ürəyə ən yaxın olan insanlarla müzakirə etməyə dəyər", - Reşetova deyib.

Qeyd edək ki, Timatinin eks-sevgilisi, reperə oğlan övladı bəxş edən modelin islamı qəbul etməsi barədə xəbərlər Rusiya KİV-də tez-tez dərc olunurdu, lakin Reşetova bu mövzuda danışmaqdan imtina edirdi. Bir müddət əvvəl onun Ramazan ayının başlaması ilə əlaqədar müsəlmanları təbrik etməsi müzakirələrə səbəb olmuşdu.

Məşhur rus model İslamı qəbul etdi - FOTOMəşhur rus model İslamı qəbul etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1684   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Ustalar.az ustalar sayti