"Mətanət İsgəndərli övladlarının həyatını uşaqlarıma yaşadır"

"Mətanət İsgəndərli övladlarının həyatını uşaqlarıma yaşadır""Ailə problemimiz bitmir, uşaqlarım məndən uzaqda əziyyət çəkir. Məhkəmə isə yekun qərar vermir. Uşaqlar məndən alınıb, atası və nənəsi ilə qalır. Ümid edirəm ki, ədalət öz yerini tapacaq".
Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O bildirib ki, bir ilə yaxındır davam edən məhkəmə hələ də bitmir. Canana uşaqlarından ayrı qalmasından danışıb ağlayıb:

"Bir ana olaraq mənə çox təsir edir ki, övladlarım niyə məndən ayrı qalmalıdır. Birinin 12, birinin 7, digərinin 5 yaşı var. Mən pis ana olmamışam. Tuncayın üzərində o qədər işləmişəm, bütün dərnəklərə aparmışam. Uşaqlarıma can yandırırdım ki, layiqli övlad böyüdüm. Mətanət İsgəndərli özü bu həyatı yaşayıb. Bir dəfə dalaşanda mənə dedi ki, görüm səni mənim həyatımı yaşayasan. İnsan əziyyət çəkəndə istəmir kimsə yaşasın. İndi öz övladlarının həyatını mənim uşaqlarıma yaşadır. Onlardan heç nə tələb etməmişəm. Neçə il ailəli qalsaq da, onlardan məni evə qeydiyyata almaq istəməmişəm. Dava edirdi ki, bu uşaqları istəmirəm, niyə dünyaya gətirirsən. Mən anamı itirmişəm, bacım olmayıb. Hər zaman arzu edirdim ki, qızım olsun. Çox uşağım olsun. Kərim uşaqlara şiddət göstərirdi. Bizim ailə problemimiz də bundan başlayıb.

İcranı necə etdilərsə, uşaqları məndən alıb onlara verdi. Körpə uşaq anadan necə alına bilər? 3 aya adam boşanır, bunlar uzadır. Hər dəfə sual verirəm, cavab yoxdur. Dilimlə deyirəm ki, heç nə istəmirəm, uşaqlara ev verin yaşayım. Notariusdan kağız da verirəm ki, ev uşaqlarındır. Alimenti verməmək üçün mübarizə aparırlar. 510 manat aliment düşür, amma qəyyumluq uzadılır. 7 və 5 yaşında uşağı psixoloq olmadan məhkəmə dinləndirilir.

Mətanət İsgəndərli gedib Antalyada qızının yanında qaldı. Kərim gedib sevgilisi ilə qalır. Uşaqlara yığıram, deyirlər, evdə baba və köməkçi ilə qalırıq. Bu nə qəddarlıqdır? Ananı baladan necə ayıra bilirsiniz? Prinsip aparırlar mənlə ki, güclü bizik. Mətanət İsgəndərli, məndən nə istəyirsən? Bilmirəm hara gedim, kimə müraciət edim, uşaqlarıma qovuşmaq istəyirəm. Uşağım zəng edir ki, ana, gəl, mən məktəbdə olanda həyətdə otur gözlə səni görüm".

Qeyd edək ki, Canana və Kərimin ötən ilin dekabrında ayrılma xəbəri çıxıb. Cütlük boşanmaq üçün məhkəməyə müraciət etsə də, hələ proses yekunlaşmayıb.

İddialarla bağlı qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 7031   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 631
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 785
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 217
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 460
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 840
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 507
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 686
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 851
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

08.11.2026 240
.