Elton bunun üçün 10 min dollar istəyib

Elton bunun üçün 10 min dollar istəyibMüğənni Elton Hüseynəliyev Türkiyədə konsert verəcək.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi bunun üçün 10 min dollar istəyib. Elton eyni zamanda təşkilatçılara lüks qarşılanmaq üçün şərt də qoyub.

İfaçının xanımı, prodüser Tamilla Hüseynəliyeva xəbəri Axşam.az-a təsdiqləyib. O, eyni zamanda Eltonun Bakıda verdiyi konsertlərdən istədiyi qonorarı da açıqlayıb:

"Eltonun sənəti var, ona görə də buna dəyər vermək lazımdır. O, çıxışlarına can qoyur, canlı oxuyur. Türkiyədən restoranda konsert vermə təklifi gəldi. Lüks qarşılanma, qalma tələb etdik, bunu özləri də təklif edirdi. Ondan əlavə də 10 min dollar qonorar istədik. Əgər tədbir hansısa bir konsert zalında olarsa, onda ucuz deyə bilərik. Bizim üçün məkan və sənət önəmlidir.

Bir müddət əvvəl Elton TRT-də çıxış etmişdi. Çəkilişdən sonra gətirib ona zərf verdilər, içində də 15 min lirə. Dedilər ki, müğənni verilişə gəlirsə, haqqı da ödənməlidir.

Bakıda da restoranlardan birində konserti olacaq. Onun üçün 15 min manat qonorar istədik və razılaşdılar".

Tamilla Eltonun prodüser Tarix Əliyevlə (Tolik) işbirliyini bitirməsi suallarına isə "Hər zaman Eltonun yanında olmuşam. Verilişlərə getməsini, studiyada mahnı yazdırmasını etmişəm. Toliklə dostluğumuz davam edir. Bəlkə sabah nəsə bir dəvətimiz oldu, Tolikdən xahiş edəcəyik ki, gəlsin yanımızda olsun. Onsuz uzun müddət toy olmadı ki, prodüser işi də olsun" cavabını verib.

Elton isə uzun fasilədən sonra toylara başlaması haqda təəssüratlarını bölüşüb:

"Pandemiyada işlərimiz tamam dayanmışdı. Məclislər də olmadı. Bir ildən çox hərəkətsizlik oldu, amma yaradıcılığıma ara vermədim. Mahnılar, kliplər hazırladım. Çox şükür, toy başladı və yaranan sıxıntımı aradan qaldıra bildim. Toylarım bol oldu. İndi də ümid edirəm ki, yenidən işə başlayacam və qalan sıxıntılar da bitəcək".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2950   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 631
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 785
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 217
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 460
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 840
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 507
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 686
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 851
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

08.11.2026 240
.