"Ülviyyə bilirdi ki, ona məhdudiyyətlərim olacaq"

"Ülviyyə bilirdi ki, ona məhdudiyyətlərim olacaq"Məşhur cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyli "Gündən-günə" verilişində qonaq olublar.

Axşam.az xəbər verir ki, aktyor sənətdə həyat yoldaşına bəzi məhdudiyyətlər qoyduğunu açıqlayıb:

"Ailə həyatı qurmamışdan öncə yoldaşıma bəzi şərtlər qoymuşam. Çəkilməyinə icazə verəcəyəm və baxacağam necə olacaq. O bilirdi ki, məhdudiyyətlər olacaq. Rejissorlar da bilir ki, Ülviyyə çəkiləndə türk seriallarındakı kimi açıq-saçıq səhnələr olmayacaq. Ona görə də elə təklif də gəlmir. Hazırda "Qız atası" serialına çəkilir. Tərəf müqabili də var. Münasibətimiz də çox yaxşıdır. Hər şey çox normalıdır, sənətdədir".
Mövzu ilə bağlı danışan aktrisa isə ailəsinin sənətindən daha vacib olduğunu qeyd edib:

"Onun fikirləri ilə razılaşmışam. Amma hərdən aramızda bu mövzu ilə bağlı nəsə olur. Sonda fikirləşirəm ki, ailəm daha üstündür, ona görə də razılaşıram".

Ülviyə səhnədə Muradı qısqanmadığını da vurğulayıb:

"Çox olur ki, Muradın tamaşasından çıxandan sonra kimsə yaxınlaşır ki, "Necə dözürsən, necə icazə verirsən?". Özümü psixoloji hazırlayıram ki, o, səhnədə olanda mənim deyil, oradan enəndən sonra mənimdir. Ona görə də Murad nə oynasa, heç vaxt problem yaratmamışam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2693   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti