Fərda Xudaverdiyev: "Vaxtı gələndə hamısını oğullarıma özüm danışacağam"

Fərda Xudaverdiyev: "Vaxtı gələndə hamısını oğullarıma özüm danışacağam"Aktyor Fərda Xudaverdiyev "Muz" telekanalında yayımlanan "Üzə-düz" verilişində şəxsi həyatından danışıb.

Aktyor bildirib ki, keçmiş yoldaşı ilə aralarında sevgi olmayıb:

"Qayğısızlıq, çox danışmaq, sevgi görməmək məni bu hala gətirib çıxarıb. Əgər bir münasibətdə xəyanət varsa, onun da səbəbkarı məhz qadındır. Ailə möhkəm olmalıdır. Çalışın ailənizi qoruyun. Xoşbəxtlik gəlinlik, bəylik geyinmək deyil. Hər deyilən sözlərdən qırılmaq lazım deyil. Əgər ayrılmaq istəsəydim, 7 il evli qalmazdım. Bu, Allahın qisməti idi".

"Vaxtı gələndə yaşadıqlarımın hamısını oğullarıma özüm danışacağam. Zaman hər şeyi göstərəcək haqlıyam, yoxsa haqsızam. Bu gün tam olaraq xoşbəxtəm", - deyə Fərda Xudaverdiyev qeyd edib.

Xatırladaq ki, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılaraq ikinci dəfə ailə həyatı qurub. Onun ilk nikahından iki, hazırkı evliliyindən də iki oğul övladı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1408   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar