Berlində Almaniya azərbaycanlıları ilə görüş olub

Berlində Almaniya azərbaycanlıları ilə görüş olubAlmaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansının (AAA) toplantısında iştirak edib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Alyansın İdarə Heyətinin sədri, Bakı-Nürnberq Cəmiyyətinin rəhbəri Yaşar Musayev açıb. Toplantıda Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış ediblər.

Almaniyada Azərbaycan icmasının daim fəal olduğunu, yaxşı təşkilatlandığını xatırladan Komitə sədri Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə Azərbaycan diasporunun quruculuğu istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ciddi uğurlar əldə edildiyini bildirib, fədakar fəaliyyətə görə Alyansın İdarə Heyətinin üzvlərinə təşəkkür edib.

Komitə rəsmisi həmvətənlərimizi diasporumuzun birliyi və həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb edən Azərbaycan Evlərinin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib. "Azərbaycan Evləri soydaşlarımız üçün nəzərdə tutulub. Bu evlər həmvətənlərimizi birləşdirən məkandır. Hər kəsi Azərbaycan Evlərini tez-tez ziyarət etməyə dəvət edirəm. Onlar sizin evlərinizdir", - deyə bildirib.

Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının təqdirəlayiq fəaliyyət göstərdiyini bildirən səfir, bu ölkədə təhsil alan tələbələrin diaspor hərəkatında fəallığını yüksək qiymətləndirib, icma üzvlərini dövlətimizin milli maraq və mənafelərinin qorunması məqsədilə fəal olmağa çağırıb.

Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli KİV-lərlə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə, diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxların nümayiş olunması, eləcə də Alyansın fəaliyyəti barədə hesabatın təqdimatı ilə davam edib.

Daha sonra Alyansın İdarə Heyətinə seçkilər olub və 13 nəfər İdarə Heyətinə üzv seçilib.

Tədbir qarşıdakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsinin aparılması və tövsiyələrin verilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, AAA İdarə heyətinin sədri Yaşar Musayev Bakı-Nürnberq Cəmiyyətinin rəhbəridir. İdarə Heyəti sədrinin müavini Nuran Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktorudur. Digər sədr müavini Sevda Qəribova Berlin şəhər senatının nəzdindəki orta məktəbdə pedaqoq-təlimçi kimi fəaliyyət göstərir, alman dilini tədris edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 343   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16.05.2024 470
.

"Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil" - Politoloq

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasınd

16.05.2024 210
.

Bu tarixdə qəbul imtahanları keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 26-da II və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə

16.05.2024 478
.

Mətanət İsgəndərliyə ağır itki

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib. Axşam.az "d.maqazin"ə istinadən xəbər verir ki, müğənninin qardaşı dünyasını dəyişib. Mərhum bu gün vəfat edib. Qeyd edək ki, sənətçi qardaşının uzun müddətdir dializ xəstəsi olduğunu açıqlamışdı

16.05.2024 1096
.

Mövsümün ən nüfuzlu futbolçusu seçildi

"CIES Football Observatory"nin 464-cü buraxılışı 2023/2024 mövsümündə dünyanın 54 liqasında çıxışları ilə yarışlara ən çox təsir edən oyunçuları açıqlayıb. Hər bir oyunçunun xalı 100 ballıq sistem üzrə hesablanıb. "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri 98,5 xal toplayaraq bu mövsü

16.05.2024 131
.

Ermənistanın xarici işlər naziri Strasburqda Ovyedo Konvensiyasını imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Strasburqa işgüzar səfəri başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Mirzoyan Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin iştirakı ilə Biologiya və Təbabətin Tətbiqi ilə bağlı İnsan Hüquqlarını

16.05.2024 156
.

İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 14:18. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuat

16.05.2024 202
.

TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata "Hyundai" alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Rəqəmsal Tibbi Həllər" MMC "Auto Azərbaycan" MMC (VÖEN – 150040601) ilə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, TƏBİB "Auto Azərbaycan"dan 84 min 900 manat dəyərində xidməti mini

16.05.2024 557
.

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib. "Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətlər

16.05.2024 757