Heyvanlara görə reklamdan imtina etdi

Heyvanlara görə reklamdan imtina etdiAktyor Çağlar Ertuğrul örnək addımıyla gündəmə gəlib.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, aktyor həmkarlarını heyvanlar üzərində sınaq aparılmadan istehsal olunan məhsulları istifadə etməyə çağırıb.

"Həmkarlarım, makiyaj videolarınız həqiqətən əyləncəlidir. Amma ümid edirəm, məhsulların "cruelty-free" olmasına diqqət edirsiniz. Mən bu mövsüm çəkiliş meydançasında makiyaj ustamızdan bununla bağlı xahiş etdim. Təəssüf ki, gec fərqinə vardıq. Hətta bir reklam çəkilişindən sırf bu səbəbdən imtina etdim. Düzdür, bir dostum menim yerimə qəbul edib... Dünya bütün canlılarındır, ortaq həssaslıq şərtdir" deyə, Çağlar paylaşımında bildirib.

Qeyd edək ki, aktyor hazırda "Teşkilat" serialın Serdar obrazını canlandırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1542   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti